11 May 2019 12:36
611
DÜNYA
A- A+

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu genişləndirir


Vaşinqtonla Tehran arasında münaqişənin kəskinləşməsi ucbatından ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirir. Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan ABŞ Silahlı Qüvvələri Mərkəz Komandanlığının (CENTCOM) məsuliyyət zonasına "Arlinqton” desant-helikopter gəmisinin və "Patriot” zenit-raket kompleksinin göndərilməsinə razılıq vermişdir. Pentaqonun bəyanatında deyilir ki, bu addım CENTCOM-un bir neçə gün əvvəl əlavə qüvvələr haqqında verdiyi sifarişə cavabdır.

Vaşinqton təhlükəsizlik nöqteyi-nəzərindən gəminin və zenit-raket kompleksinin gəlməsi qrafikini, yaxud yerini açıqlamaqdan imtina etmişdir. ABŞ Müdafiə Nazirliyi "İran rejimi və onun silahlı qüvvələrinin fəaliyyətini diqqətlə izləməkdə davam edir”. Sənəddə qeyd olunur ki, Vaşinqton Yaxın Şərq regionunda öz maraqlarını müdafiə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ mayın 6-da regiona "Avraam Linkoln” təyyarədaşıyan gəmisinin başçılığı ilə döyüş qruplaşması göndərmişdir. Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton vurğulamışdır ki, ABŞ İranla müharibə etmək istəmir, lakin İslam İnqilabı Qvardiyasının, yaxud İranın nizami qoşunlarının hər bir hücumuna cavab verməyə hazırdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video