11 May 2019 12:36
603
DÜNYA
A- A+

BMT İdlibdə humanitar fəlakət təhlükəsindən narahatdır


BMT Təhlükəsizlik Şurası (TŞ) Suriya ilə əlaqədar təcili iclas zamanı İdlib əyalətində yeni zorakılıq dalğasından dərin narahatlığını ifadə etmişdir. Nyu Yorkda keçirilmiş qapalı iclasın 15 üzvündən 11-i vurğulamışdır ki, regionda gedən tammiqyaslı hərbi əməliyyat humanitar fəlakət təhlükəsi yaradır. Onlar bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə və Suriyanın mülki əhalisini qorumağa çağırmışdır.

Mayın 8-də Suriyada vəziyyəti müzakirə etmək çağırışı ilə Almaniya, Belçika və Küveyt çıxış etmişdir. Görüşün yekunlarına görə hazırlanmış BMT TŞ-nin bəyanatını Rusiya, İndoneziya, Çin və Cənubi Afrika Respublikası dəstəkləməmişdir.

Ötən ayın axırlarından başlayaraq Suriya ordusu və onun müttəfiqləri İdlib və Həma əyalətlərinə bir sıra hava hücumları həyata keçirmişlər. Dəməşq iddia edir ki, bu hücumların məqsədi cihadçıların obyektlərini məhv etməkdir. Öz növbəsində BMT və Dünya Səhiyyə Təşkilatının nümayəndələri qeyd edirlər ki, bombardmanlardan azı 10 məktəb və 12 tibb müəssisəsi zərər çəkmişdir.

BMT-nin məlumatına görə, 150 min nəfərdən çox adam döyüş əməliyyatlarından xilas olmaq üçün regionları tərk etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video