Alternative content

07:09 08 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
02:14 08.12.2019 Hamı razılıq edir
02:13 08.12.2019 48 ailənin sevinci
02:09 08.12.2019 İlk qiblə
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyevin yandırdığı ocaq heç zaman sönməyəcək
Heydər Əliyevin yandırdığı ocaq heç zaman sönməyəcək
ANA SƏHİFƏ / SİYASƏT
02:16 11.05.2019


Tale elə gətirib ki, Azərbaycan geosiyasi vəziyyətinə görə daima sivilizasiyaların qovşağı, karvan yollarının kəsişdiyi yer və Böyük İpək yolunun mühüm mərkəzlərindən biri kimi, həm Qərbin, həm də Şərqin, müxtəlif siyasi mövqelərin, iqtisadi münasibətlərin, dövlətçilik formalarının güclü təsirini öz üzərində hiss etmişdir.

Tarix bizə Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Şah İsmayıl Xətai və bir çox başqaları kimi böyük şəxsiyyətlər bəxş etmişdir. Onlar əbədi olaraq millətimizin dəyərli varlığına çevrilmişlər.

Üçüncü minilliyin başlanğıcı daha bir böyük şəxsiyyəti, Azərbaycan xalqının qüruru olan Heydər Əliyevi dünyaya bəxş etdi. Onun tarixin sərt dönüşündə millət üçün etdikləri əbədi olaraq həyatda qalacaq.

Təbii ki, tarixi dövrlərin təkrarlanmasını minillik kimi ecazkar xronoloji tarixlərin əvəz olunması ilə əlaqələndirmək sadələşdirmə olardı. Lakin bununla yanaşı, hadisələrin sonsuz növbələməsində, zahirən xaotik və sistemsiz zaman axışında bir növ dövrəviləşmə vardır.

Heydər Əliyevi dünyanı dəyişmiş insanlar sırasına aid etmək olar. Müasirləri hələ də onun gördüyü işləri layiqincə qiymətləndirməyib - onu anlamaq üçün çox az vaxt keçib.

O dövrdə Heydər Əlirza oğlu Əliyevin şəxsiyyətinə diqqət yetirməyi kimin və nəyin təhrik etdiyini söyləmək çətindir: onun üzərinə qoyulmuş vəzifələri dəqiq yerinə yetirməsi, yüksək intellekti, fenomenal yaddaşı, əmək qabiliyyətliliyi, cəsur və iradəli siması var idi.

Heydər Əliyevin namizədliyi arxasında kimin dayanmasından asılı olmayaraq, həmin adam bu insanın istənilən iş sahəsində ən möhtəşəm planları reallaşdırmağa qadir olan qeyri-adi şəxs olduğunu yaxşı bilirdi.

Hər halda 50 il öncə 14 iyul 1969-cu ildə Bakıda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin plenumu keçirildi. Həmin ərəfədə istidən və bürküdən yanan şəhərə SovİKP MK-nın katibi İ.V.Kapitonov gəlmişdi. O, partiyanın əsas kadr işçisi idi və onun gəlişi adətən yerli rəhbərlikdə dəyişikliklərlə əlaqələndirilirdi. Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi barədə Azərbaycan KP MK-nın qərarı respublikanın həyatında əhəmiyyətli dəyişikliklərin həyata keçiriləcəyinə ümidlə bütün vicdanlı adamları, sakinləri sevindirdi.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilən Heydər Əlirza oğlu Əliyev 1969-cu ilin avqust ayında MK-nın birinci plenumunda tarixi nitqində sənayedə və kənd təsərrüfatında olan vəziyyətin sistemli analizini təqdim etdi.

Həmin dövrdə Azərbaycan milli gəlirin artımına görə ittifaqda ən son yerdə idi. Yaranmış vəziyyəti düzəltmək, yaxud heç olmasa yumşaltmaq asan iş deyildi. Azərbaycan KP MK-nın ümumi şöbəsinin müdiri Y.M.Kirsanov həmin dövrdə Azərbaycanda, xüsusən də kadr siyasəti sahəsində islahatlar apararkən Heydər Əliyevin Sov.İKP MK-nın Siyasi Bürosunun bəzi üzvləri tərəfindən necə müqavimətlərə məruz qaldığından bəhs edirdi.

Heydər Əliyev yaxşı bilirdi ki, milli gəlir, iqtisadi inkişaf probleminin uğurlu həlli respublikanın imkanlarını genişləndirəcək, onun rəhbərliyi ilə ittifaq hökuməti qarşısında Azərbaycanın taleyi ilə bağlı daha ciddi məsələlər qaldırmaq və onların həllinə nail olmaq üçün imkanlar yaradacaq. Onun işləyib hazırladığı inkişaf strategiyasında sənaye, onun strukturunun təkmilləşdirilməsi, effektivliyinin artırılması məsələləri xüsusi yer tuturdu.

Strategiyanın bütövlüyü, miqyaslığı və əsası ondan ibarət idi ki, bu xətt istehsal effektivliyinin yüksəldilməsi kimi mühüm problemin həlli ilə paralel həyata keçirilirdi. Heydər Əliyev yeni inkişaf imkanlarının axtarışı, əmək məhsuldarlığının, məhsulun keyfiyyətinin artırılması üzrə məqsədli proqramların işlənib hazırlanması istiqamətində sistemli iş həyata keçirdi. Böyük fəxr hissi ilə qeyd edirdi ki, yüksək əmək effektivliyi uğrunda mübarizə Azərbaycan tarixinin qızıl səhifələrindən biridir.

Sovet dönəmində yaşamış və işləmiş şəxslər bilirlər ki, sərt komanda - administrasiya iqtisadiyyatı şəraitində ittifaq rəhbərliyini o vaxtın mərkəzləşdirilmiş büdcəsindən subsidiyaların Azərbaycan üçün nə qədər zəruri olduğuna əmin etmək Heydər Əliyevə nəyin bahasına başa gəlirdi. Təkcə Bakını və ətraf kəndləri içməli su ilə təmin etmək üçün uzunluğu 150 kilometr olan Kür su kəmərinin tikintisinə respublika rəhbəri ittifaqın xəzinəsindən 400 milyon rubl - o dövrün məzənnəsinə görə 550 milyon dollar ala bilmişdi. Abşeronun su sisteminin bərpasına həmin mərkəzləşdirilmiş büdcədən hər il 27 milyon rubl, yenidən qurulmasına 15 milyon rubl ayrılırdı. Lakin, hətta SSRİ çərçivəsində belə daha əhəmiyyətli və miqyaslı olan başqa layihələr də var idi. O cümlədən, Sovet İttifaqının ən iri məişət kondisionerləri zavodu - BMKZ.

Bundan əlavə, Kür, Tərtər çayları, Arpaçay üzərində elektrik stansiyaları kaskadı - HES tikilir, metro xətti çəkilir, pambıq, üzüm, tərəvəz istehsalı yüksəlirdi. Təbii ki, inşaat da davam edirdi. Bütün respublika faktiki olaraq böyük tikinti meydançasına bənzəyirdi: mənzillər, mehmanxanalar, məktəblər, çoxsaylı mədəniyyət obyektləri, qabaqcıl texnika və proqressiv texnologiyalarla təchiz edilmiş 250 iri zavod, sex inşa edildi. İki milyondan artıq insanın mənzil şəraiti yaxşılaşdırıldı.

1970-1980-ci illərdə dərin özüllər zavodu, məişət kondisionerləri zavodu, "EHM”, "Ozon”, "Azelektroterm” kimi sənaye nəhənglərinin inşasına başlandı. Neft emalı sənayesinin köklü şəkildə müasirləşdirilməsi çərçivəsində "ELOU-AVT” qurğusu və bir çox digər unikal istehsal obyektləri işə salındı. Zərgərlik, ayaqqabı və tikiş fabrikləri işləməyə başladı.

Həmin dövrdə Heydər Əliyevlə ünsiyyətdə olan inşaatçılar, memarlar, layihəçilər onun şəxsi keyfiyyətləri ilə yanaşı, yüksək erudisiyasına, incə bədii zövqünə heyran qalırdı.

İndi keçmişə boylananda istər-istəməz düşünürsən ki, bütün əngəllərə rəğmən gələcəkdə müstəqil Azərbaycanda fundamental tikililərə çevrilmiş bu cür zəruri obyektləri tikmək üçün nə qədər uzaqgörən olmaq lazım gəlirmiş.

Heydər Əliyevin təşəbbüsü ilə KP MK Bürosunun "Azərbaycan SSR-də "Azneft” və "Kaspmorneft” birliklərinin təşkil edilməsi haqqında” 13 avqust 1970-ci il tarixli qərarı Azərbaycanda neft işinin yenidən təşkil olunması üzrə iri iqtisadi islahatların başlanğıcını qoydu. Həmin qərar bilavasitə bizim respublikada neft və qaz hasilatı, eləcə də quyuların qazılması üzrə idarə strukturlarını təmərküzləşdirməklə, həmin vaxta qədər Moskvadan həyata keçirilən funksiyaları onlara ötürməyə imkan verirdi.

Onun əsəri - dərin özüllər zavodu. 1 oktyabr 1970-ci ildə Heydər Əliyev "Qum adası”nda dəniz neftçiləri ilə görüşərkən o və onunla gələn digər qonaqlar adaya avtomobillərdə, quru yolu ilə gəlmişdi. Bu, Xəzərin fəthinin necə əminliklə və ardıcıllıqla həyata keçirildiyinin bariz sübutudur.

Azərbaycan üçün tamamilə yeni iqtisadi sahələrin, xüsusən elektronika, müdafiə kompleksi obyektlərinin meydana gəlməsi Heydər Əliyevin adı ilə bağlıdır. Maşınqayırmanın, fundamental və tətbiqi elmlərin inkişafında sıçrayış baş verdi. Kosmos sahəsində elmi araşdırmalara başlanıldı. Bu sahədəki bir çox işləmələr ittifaq proqramına müvafiq olaraq yerinə yetirilirdi.

Qarşıya qoyulmuş vəzifələrin reallaşdırılması Azərbaycan iqtisadiyyatının tarixində mühüm rol oynadı. 1970-1980-ci illərdə əsas sahələrdə istehsalın həcmi əvvəlki onilliklə müqayisədə, demək olar ki, üç dəfə artdı, əkinçilikdə məhsuldarlıq təxminən iki dəfə çoxaldı. 1980-ci ilin sonlarında Azərbaycan əmək məhsuldarlığının səviyyəsinə görə ittifaq üzrə 14-cü yerdən 1-ci yerə yüksəldi. Azərbaycan dotasiyasız respublika oldu.

Beləliklə, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın həmin illərdə nail olduğu fundamental nəticələr keyfiyyətin dinamik inkişafı dövrü kimi tarixə yazıldı. Bu nailiyyətlər Azərbaycanın iqtisadi bazasının formalaşmasında və inkişafında həlledici rol oynadı. 1970-1980-ci illərdə yaradılmış elmi-texniki potensial olmasaydı, müstəqil Azərbaycan bir çox çətinliklər və problemlərlə qarşılaşa bilərdi.

Heydər Əliyevin qeyri-adi keyfiyyətləri Moskvada yaşayıb işlədiyi dövrlərdə daha aydın şəkildə təzahür etdi. 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunması və Siyasi Büronun üzvü seçilməsi kifayət qədər özünü doğrultmuşdu, həmin vaxt artıq bütün ölkə onu istedadlı lider kimi tanıyırdı.

Mən MK-nın birinci katibi Heydər Əliyevin referenti vəzifəsində işləyərkən onun tapşırığı ilə xalq təsərrüfatının müxtəlif istiqamətləri və sahələri üzrə külli miqdarda milli ədəbiyyat hazırladığımızı yaxşı xatırlayıram. Heydər Əliyev onun taleyinə nə dərəcədə mürəkkəb fəaliyyət sahəsinin düşdüyünü yaxşı anlayır, başqa miqyaslı çətinliklərlə qarşılaşacağını başa düşür, biliyinə və erudisiyasına baxmayaraq, yeni işinə ciddi hazırlaşırdı.

Bütün bu kitabları nəinki oxumaq, hətta onlardan çıxarışlar etməyə, qarşısında duran yeni vəzifələrin həll olunmasında yeni baxışı formalaşdırmağa necə vaxt tapdığını bilmirəm. Təkcə onu bilirəm ki, sonralar Moskvada böyük mütəxəssislər - akademiklər, professorlar, elm və mədəniyyət xadimləri Heydər Əliyevlə görüşlərdən sonra onun problemlərin dərinliyini bilməsinə heyran qalır, situasiyanı dəqiq və xırdalıqlara qədər incələmək və işi sona çatdırmaq bacarığına valeh olurdular.

Moskvadakı fəaliyyəti dövründə Heydər Əliyevlə işləmək şərəfinə nail olmuş hər kəs həmin dövrü fərəhlə xatırlayır. Onu həm uzaq Sibirdə, həm isti Özbəkistanda, Ukrayna və Moldovada, Latviya və Estoniyada hörmətlə qarşılayırdılar. Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev problemlərin həlli ilə bağlı harada olurdusa olsun, rəhbərlik və xalq onu sevinc və hörmətlə qəbul edirdi. İnsanları özünə cəlb etmək qabiliyyətinə malik olmaqla, onların problemlərini hərtərəfli bilərək, milli xüsusiyyətlərə hörmətlə yanaşaraq, o, hər yerdə özününkü kimi qəbul olunurdu.

Bütün bu üstün cəhətlərini sadalayaraq onun respublikaya rəhbərlik dövrünə boylananda, çətinlikləri və qələbə sevinclərini onunla paylaşan insanı, dostu və silahdaşı, sadiq ömür yoldaşı, bu dünyadan vaxtsız köçən Zərifə xanım Əliyevanı xatırlamaya bilmirəm.

Zərifə xanımı yaxından tanıyanlar mənəvi təmizliyə, dərin düşüncəyə, qadın məlahətinə malik olan, insanlarla ünsiyyətdə çox sadə bir xanımı xatırlamaya bilməz. Özü görkəmli alim - oftalmoloq, tibb elmləri doktoru olan Zərifə xanım Əliyeva eyni zamanda işini ailə, həyat yoldaşı ilə bağlı qayğılarla birləşdirə bilən qadın idi və o dövrün Sovet dövlətinin ən böyük xadimlərindən birinin məhsuldar və rahat işləməsi üçün evdə hər cür şərait yaratmağa çalışırdı.

Bu gün Azərbaycan bütün dünyada tanınır. O, dünya birliyinin qəbul olunan nüfuzlu üzvüdür. Dünya işlərində səs hüququna malikdir.

1918-ci ildə demokratik respublika elan edilən Azərbaycan beynəlxalq hüquq subyekti olmasına, dünya millətləri birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışırdı. XX əsrin sonlarında bu tarixi missiyanı həyata keçirmək vəzifəsi Azərbaycan xalqının qəbul olunmuş lideri, mahir diplomat və təcrübəli siyasətçi Heydər Əliyevin payına düşdü.

Azərbaycanın müstəqillik əldə etməsi ilə suveren dövlətin xarici siyasətinin məqsədləri, məzmun və istiqaməti barədə məsələ kəskin şəkildə ortaya çıxdı. Onun əsas prinsip və yanaşmalarını işləyib hazırlamaq zərurəti yarandı. Heydər Əliyev məhz bunu etdi.

Ölkə Prezidenti olandan sonra Heydər Əliyev qətiyyətlə çəkişmələrdən yorulmuş cəmiyyətdə ictimai-siyasi sabitliyi təmin etdi, iqtisadiyyatı bazar islahatları yoluna yönləndirdi. Heç kim üçün sirr deyil ki, 1990-1993-cü illərdə bir tərəfdən erməni təcavüzkarlığı, yüz minlərlə qaçqın və məcburi köçkün, digər tərəfdən isə hakimiyyət böhranı ölkə iqtisadiyyatını enişə doğru aparırdı. 1993-1994-cü illərdə böhran vəziyyəti pik həddə çatdı. İnflyasiya olduqca yüksək səviyyədə idi. Ölkənin xilası üçün düzgün yol tapmaq zərurəti yaranmışdı. Bunu Heydər Əliyev bacardı. 1995-1996-cı illərdə nəhayət ki, iqtisadiyyat böhran vəziyyətindən çıxaraq ardıcıl surətdə inkişaf etməyə başladı. Başqa sözlə desək, ölkə durğunluq vəziyyətindən çıxıb inkişaf yoluna qədəm qoydu. Bu yolda Heydər Əliyev çox çətinliklərin öhdəsindən gəldi. Strateji planlara və layihələrə mane olmağa çalışan qüvvələrin gizli və aşkar müqavimətini, çevriliş cəhdlərinin, sui-qəsdlərin qarşısını qətiyyətlə aldı.

Müstəqil ölkədə yeni ictimai-siyasi quruluş bərqərar oldu. Suverenlik elan olunandan sonra yeni Azərbaycan yaradılmağa başlandı.

Heydər Əliyev böhran vəziyyətində olan iqtisadiyyatın dirçəlməsi üçün dəqiqliklə düşünülmüş strategiya seçərək müdrikliklə neft amilinə üstünlük verdi. Dünya iqtisadiyyatına sürətli inteqrasiya, xaricdən maliyyə resurslarının cəlb olunması yeganə düzgün yol idi. Heydər Əliyev dünya təcrübəsini, neftlə zəngin olan ölkələrin keçdiyi yolu dərindən təhlil edərək Azərbaycanın öz yolunu, inkişaf modelini müəyyənləşdirdi.

Tarixi reallıq və milli mənafe dünya siyasətinin başlıca elementlərindəndir. "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” - deyən ölkə lideri xarici siyasətin başlıca məqsədini məhz bu cür formalaşdırdı. Heydər Əliyev milli müstəqilliyin əsasını təşkil edəcək prinsipləri müəyyən etdi: milli müstəqillik, milli müdafiə, müxtəlif dövlətlərlə qarşılıqlı əməkdaşlıq sistemi.

Heydər Əliyevin suveren dövlətin Prezidenti vəzifəsində həyata keçirdiyi fəaliyyət - Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, yaxın və uzaq xarici ölkələrlə ikitərəfli münasibətlərin bərqərar olmasına, beynəlxalq və regional təşkilatlarla fəal əməkdaşlığa əsaslanırdı. Bu, Azərbaycanın yeni dövlətlərarası münasibətlər sisteminə sivil şəkildə daxil olduğu dövrdür. Bu gün Azərbaycan dünyaya açılır və burada özünü təsdiq edir.

Müstəqil Azərbaycanın rəhbəri Heydər Əliyevin həyata keçirdiyi sülhpərvər xarici siyasi kurs beynəlxalq aləmdə geniş təsdiqini tapdı. O, hər zaman dünya birliyinə Azərbaycan dövlətinin və xalqının açıqlığını nümayiş etdirdi. Azərbaycan diplomatiyasının blokların və ittifaqların çoxvariantlılığına oriyentasiyası, çoxvektorluluğu, onun yeni və ənənəvi tərəfdaşlar arasında münasibətlərin balanslaşdırılması istiqamətindəki səyləri bütün dünyada tanındı və bəraət qazandı.

Birbaşa dialoq zamanı Qərb və Şərq ölkələrinin böyük liderləri Azərbaycan Prezidentinin misilsiz siyasi təcrübəsindən, dərin düşüncəsindən, islahatçılıq fəaliyyətinin miqyasından danışırdı.

Dəmir iradəyə, güclü intellektə və erudisiyaya, natiqlik istedadına malik peşəkar siyasətçi xüsusiyyətləri Heydər Əliyevə planetin ən nüfuzlu siyasi liderləri sırasına daxil olmağa imkan verdi. Onun özünəməxsus danışıqlar aparmaq üslubu var idi. Heydər Əliyev danışıqlar apardığı tərəfdaşlarına təsir etmək üçün müxtəlif forma və fəndlərə malik idi. Bunu həm Çində, həm Rusiyada, həm də ABŞ-da müşahidə etmək mümkün idi. Vəziyyətin necə olmasından asılı olmayaraq o, hər zaman uğur qazanırdı. Belə ki, bildiyi hər şeydən istifadə edirdi: bəzən çoxsaatlıq ciddi danışıqlar aparır, bəzən natiqlik istedadını işə salır, bəzən valeh edir, bəzi hallarda isə hazırcavab zarafatlara keçirdi.

Bütün rəhbərliyi dövründə Heydər Əliyev dünya azərbaycanlılarının milli özünüdərk və birlik, həmrəylik hissinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti həyata keçirirdi. Xarici səfərlər zamanı onun Azərbaycan diasporunun nümayəndələri ilə keçirdiyi görüşlər, ardınca həyata keçirdiyi konkret siyasət dünya azərbaycanlılarının milli özünüdərk və qürur hissinin güclənməsinə, müxtəlif ölkələrdəki Azərbaycan icmalarının mütəşəkkilliyinin yüksəlməsinə, onların tarixi Vətən ilə əlaqələrinin möhkəmlənməsinə güclü təkan verdi.

Ümummilli lider Heydər Əliyevin itkisi Azərbaycan üçün böyük faciəyə səbəb oldu. Lakin millət müdriklik və məsuliyyət nümayiş etdirərək onun layiqli varisi İlham Əliyevi ölkə Prezidenti seçdi.

Respublikanın yeni Prezidenti İlham Əliyev yüksək və məsuliyyətli vəzifədə olduğu ilk illərdən başlayaraq ölkənin maliyyə-təsərrüfat və iqtisadi inkişafı mexanizmləri sahəsində dərin biliklərə malik olduğunu nümayiş etdirdi. Onun ekstremal situasiyalarda qərar qəbul etmək bacarığı, istənilən təzyiqə qarşı dura bilmək qabiliyyəti, dövlət əhəmiyyətli işlərdə qətiyyətlə davranması bu gün ümumi diqqət predmetinə çevrilmişdir. Burada söhbət, həmçinin onun dövlət elitası ilə işləmək bacarığından, insanlara qarşı humanist münasibət göstərmək xüsusiyyətindən gedir.

Məşhur Azərbaycan bəstəkarı Firəngiz Əlizadə Prezident haqqında bu cür söyləmişdir: "Gen, ata və ananın misalında yüksək tərbiyə, mükəmməl təhsil, intellekt”.

Ümumi qəbul olunmuş bir həqiqət var: liderin xarakteri millətin müqəddəratını və firavanlığını təmin edir. Orta statistik Azərbaycan vətəndaşının fikri belədir: İlham Əliyev Heydər Əliyevin yolunu davam etdirərək xalqı ardınca aparmaq və dövləti idarə etmək bacarığını tam nümayiş etdirmişdir.

İlham Əliyev Prezident vəzifəsindəki fəaliyyətinin elə ilk günlərindən başlayaraq daxili və xarici siyasət məsələləri ilə fəal məşğul olmağa başladı. O, dünyanın qabaqcıl ölkələrinin, beynəlxalq təşkilatlarının rəhbərləri ilə bir sıra danışıqlar və işgüzar görüşlər keçirdi. Azərbaycanın ərazi bütövlüyü, Qafqazda sülhün bərpa olunması, iqtisadi qarşılıqlı əlaqə imkanlarının genişləndirilməsi məsələləri diqqət mərkəzində saxlanıldı.

Prezident qanunvericilik sahəsində dövlət quruculuğu proseslərinin ardıcıllığının, Azərbaycanın Avropa Birliyinə daha sıx inteqrasiyasının təmin olunmasına yönəlmiş mühüm addımların təşəbbüskarı oldu. İlk növbədə regionların inkişafı istiqamətində tədbirlər görüldü. Bölgələrin hər birində istifadə olunmamış təbii, iqtisadi, intellektual imkanlar açılmış, əhalinin məşğulluğu təmin olunmuş, xarici sərmayələrin cəlb olunması üçün əlverişli şərait yaradılmışdır.

Bütün bunların müsbət tendensiya olmasına baxmayaraq, hələ ki, kifayət deyil. Məhz buna görə Prezident İlham Əliyev diqqəti qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üzərində cəmləşdirir. Hökumət nümayəndələrinə müraciəti zamanı o, çox maraqlı fikir söyləmişdir: "Biz siyasətimizi elə qurmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələrində, ilk növbədə isə qeyri-neft sektorunda infrastrukturu inkişaf etdirmək lazımdır. Yalnız bu yolla biz Azərbaycanın hərtərəfli inkişaf etmiş dövlətə çevrilməsinə nail ola bilərik”.

Bu bəyanatın xüsusi şərhə ehtiyacı yoxdur. Bu istiqamət öz miqyasına və məzmununa görə bir neçə onillik ərzində inkişaf strategiyasında prioritet istiqamət kimi qəbul olunacaq.

Şübhəsiz ki, neft ölkə inkişafının başlıca amili olaraq qalır. Lakin onun bazasında iqtisadiyyatın digər sahələrinin sürətləndirilməsi vacibdir.

Son 15 il ərzində Azərbaycan İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşayır, ölkəmizin qarşısında duran vəzifələr müvəffəqiyyətlə yerinə yetirilir. Bir sıra ölkələrin bir neçə onillik ərzində qət edə bildiyi inkişaf mərhələsini Azərbaycan 15 il ərzində sürətlə keçərək müasirləşdirmə yoluna qədəm qoymuşdur. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara çatmışdı. (2018). 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar həcmində sərmayə qoyulubdur.

Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın qabaqcıl dövləti kimi dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi.

Azərbaycan Respublikası ölkəmizin ərazi bütövlüyünü qoruyan və dünyanın ən güclü orduları sırasına daxil olan yüksək hərbi hazırlığa malik silahlı qüvvələrə malikdir. 2016-cı ilin aprel ayında milli ordumuz ermənilərin təhrikinə layiqli cavab verərək düşmənə sarsıdıcı zərbə endirdi və zəbt olunmuş ərazilərin bir qismini işğalçılardan azad etdi.

Xalq deyiminə görə, "Ata yaşadığı ömür ərzində ağac əkməli, ev tikməli və oğul böyütməlidir”. Heydər Əliyev bunların hamısını yerinə yetirməyə müvəffəq olmuşdur! Bütün ömrü boyunca o, çiçəklənən Azərbaycan adlı bir bağ saldı. Müstəqil Azərbaycan adlı ev tikdi. Bu gün onun şərəfli və məsuliyyətli işini davam etdirən layiqli oğul böyütdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və məqsədyönlü fəaliyyəti Heydər Əlirza oğlu Əliyevin yandırdığı ocağın heç zaman sönməyəcəyinə əminlik yaradır.

Mixail ZABELİN,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM