Alternative content

23:53 25 Noyabr 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ümumxalq məhəbbəti
Ümumxalq məhəbbəti
ANA SƏHİFƏ / SİYASƏT
02:13 11.05.2019


Ulu öndər Heydər Əliyevin Fəxri xiyabandakı ziyarətgahı növbəti dəfə bu məhəbbətin şahidinə çevrildi


Adı tarixə yazılan şəxsiyyətləri nə zaman unudur, nə də ictimai-siyasi burulğanlarda varlığını qoruyub saxlayan xalq. Təbii ki, talelərə yazılan sərt sınaqlardan əzmlə çıxaraq xalqın sevimlisinə çevrilmək asan deyil. Bunu tarix dəfələrlə təsdiqləyib.

Bu şərəf isə çoxlarına nəsib olmayıb. Xalqımızın ümummilli lideri, ictimai-siyasi fəaliyyəti və bütövlükdə mənalı həyatı örnəyə çevrilən ulu öndər Heydər Əliyevin də məhz belə şəxsiyyət kimi tanınmasını və dühası qarşısında baş endirilməsini şərtləndirən səbəb çoxdur.

May ayının 10-u ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin anadan olduğu gündür. 2003-cü ildən, bir qayda olaraq, may ayının 10-da xalqımız Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edir, onun qurub-yaratdığı müasir Azərbaycana layiqli vətəndaş olduqlarını təsdiqləyirlər. Dünən də Fəxri xiyabana aparan yollarda ziyarətçilərin əlindən tərpənmək olmurdu. 2003-cü ilin soyuq, şaxtalı dekabr günündən fərqli olaraq, dünənki ziyarətçilərin çöhrəsində həm də bir qürur vardı. Bunun səbəbləri az deyildi. Ən əsası odur ki, ulu öndərin memarı olduğu müstəqil Azərbaycan nəinki Cənubi Qafqazda, hətta inkişafına görə dünyanın aparıcı dövlətləri sırasında olduğunu təsdiqləyir. Ümummilli liderin müəyyənləşdirdiyi siyasi kurs dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ulu öndərin şəxsiyyətinə hörmət və ehtiram təkcə mənsub olduğu ölkədə deyil, onun hüdudlarından çox-çox uzaqlarda da özünü daim göstərib. Bu ümumxalq və ümummilli məhəbbətin şahidinə çevrilənlərin arasında əcnəbilər də az deyildi. Qardaş Türkiyədən builki ziyarətə gələnlərin sayının daha çox olması ilk andaca diqqəti cəlb edirdi. Türkiyənin Kayseri şəhərinin Yeşilhisar ilçesindən olan Mustafa Babacan buna qismən də olsa aydınlıq gətirdi: "...Ulu öndər Heydər Əliyev M.K.Atatürk kimi Türk dünyasının tarixi şəxsiyyətlərindən biri olub. Onun doğum günü ziyarətinə gəlmək hər birimizin müqəddəs borcudur. Türkiyədə hakim AKP-nin və bələdiyyə məclisinin üzvüyəm. İki qardaş xalqın sevinclə kədəri birdir. Ulu öndər heç də təsadüfi yerə deməmişdir: "Türkiyə-Azərbaycan bir millət - iki dövlətdir”. Bu birliyi qorumaq hər iki ölkənin vətəndaşlarının qardaşlıq borcudur. Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev ötən il növbəti dəfə xalqın etimadı ilə Prezident seçildikdən sonra ilk səfərini yenə də qardaş Türkiyəyə etdi. Bu, türk xalqları üçün bir mesajdır. Ulu kökə, tarixi ənənələrə söykənən qardaşlıq münasibətlərimiz möhkəmləndikcə hərtərəfli inkişafımıza da şərait yaranır. İnşallah, Qarabağ sorunu da öz həllini tapar. Orada da təntənəli qələbəni alqışlayarıq”.

"Azərbaycanın regionda lider dövlətə çevrilməsi xalqımızın ümummilli liderinin - həyat və fəaliyyətini bütünlüklə müstəqil respublikamızın çiçəklənməsinə, onun dünya birliyində layiqli yer tutmasına həsr etmiş Heydər Əliyevin xidmətidir”. Bu fikirlər Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün Oqtay Salahova məxsusdur. O, sözünə davam edərək bildirdi ki, ümummilli liderin uzaqgörən və alternativsiz siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Müstəqil Azərbaycan dövlətinin qurulmasında və dövlətçiliyin qorunub saxlanmasında xilaskarlıq simvoluna çevrilən ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini saymaqla qurtarmaz. Bizim hər birimizin bu ziyarəti isə ölkə vətəndaşılarının vətənə və dövlətinin qurucusuna əbədi ehtiramıdır”.

Bakı şəhəri Xətai rayonundakı 95 nömrəli tam orta məktəbin müəlliməsi Ofelya Babayeva qeyd etdi ki, ulu öndərin həyat və fəaliyyətinə nəzər salanda qürur hissi keçiririk: "Yaxşı bilirik ki, hələ gənclik illərindən fəallığı ilə öz həmyaşıdlarından fərqlənən Heydər Əliyev zamanın qalibi olaraq tarixə imza atmaq yolu ilə irəlilədi. Vətən və dövlət adamı olduğunu işıqlı əməlləri, fəaliyyəti ilə təsdiq etdi. Bu gün cənab Prezident İlham Əliyev onun siyasətini çox uğurla davam etdirir. İnanırıq ki, bizi də işğal altında qalan doğma yurdlarımıza məhz bugünkü dövlət başçısının siyasəti qaytaracaq. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı mübarizə, əzmkarlıq nümunəsi bunu söyləməyə bizə əsas verir”.

Həmsöhbətimiz Nahidə Əliyeva 9 yaşlı oğlu Muradla Rusiyadan gəlib. BDU-nun məzunu olmuş həmyerlimiz Nijni-Novqorodda yaşayır. Həyat yoldaşı Fikrət Əliyev həkim, o özü isə şəhər sosial müdafiə fondunun şöbə müdiridir. Ulu öndərə əbədi ehtiramının sübutudur ki, hər il ziyarətə gəlirlər. Nahidə xanım bildirdi ki, bu gün saysız-hesabsız ziyarətçilərdən biri olmağından qürur hissi keçirir. Axı gənclərin azad, müstəqil ölkənin vətəndaşları olması məhz ulu öndərin davam etdirilən siyasəti ilə mümkün olub: "Dünya xalqları da ümummilli liderimizin şəxsiyyətinə dərin ehtiram göstərir. Burada gördüyümüz izdiham isə dahi öndərin milyonların qəlbində yaşamasının sübutudur. Gələcək nəsillər tarixi şəxsiyyətimizin həyat və fəaliyyətini daim örnək biləcəklər. Azərbaycan xalqının xoş və firavan həyatına ömrünü həsr edən ümummilli lider Heydər Əliyevin bəşəri şəxsiyyət olması yeni tariximizin bütün səhifələrində özünü təsdiqləyir. Dövlətimizin gənclər siyasəti bu gün çox uğurla və məqsədyönlü şəkildə həyata keçirilir. Azərbaycan gənci elmi və intellektual dünyagörüşü ilə dünyadakı həmyaşıdları arasında seçilir...”

Vətənimizi sərhədlərdən kənardan daha yaxşı görən və inkişafına sevinən, tarixi ulu məkanlardan gəlmiş soydaşlarımız da dünənki ziyarətçilərin arasında az deyildi. Təbriz-Qaradağ Aşıqlar Birliyinin sədri, folklorşünas-tədqiqatçı Böyükbəy Ələkbəroğlu müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin əvəzolunmaz siyasətinin davamı ilə ölkəmizin nəinki regionda, artıq dünya çapında söz sahibi olmasından, eləcə də humanist siyasət yürüdərək Azərbaycan xalqının sevimlisinə çevrilən Prezident İlham Əliyevlə İrandakı soydaşlarımızın da fəxr duyduğunu dilə gətirdi: "Bilirsiniz, millət tarixində və ədəbiyyatında yaşarlı və uzunömürlü olur. Ulu öndər hakimiyyətdə olduğu hər iki dönəmdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə böyük önəm verib. Mənim uşaqlıq və gənclik illərimə təsadüf etsə də, ümummilli lider Heydər Əliyevin yürütdüyü siyasət şimallı-cənublu xalqımızın ürəyincə olub. Bu günlərdə hər iki xalqı vaxtilə qovuşduran Xudafərin körpüsünün yaxınlığından Azərbaycanın, Qarabağımızın işğal altında qalan torpaqlarına baxırdım. Ürəyim yara oldu. İki addımlıqda - Cəbrayılın Araz sahillərindəki xarabalıqlarına baxmaq dəhşət olsa da, qəlbimdə bir duyğu baş qaldırdı. Vaxt var idi, Xudafərin həsrət körpüsü adlanırdı. Azərbaycanın müstəqilliyinin bərpasından sonra vüsal körpüsünə çevrilən Xudafərini erməni daşnaklarının dağıtmasına baxmayaraq, o tay-bu tay xalqımızın gediş-gəlişi bərpa edildi. İnşallah, Azərbaycan Prezidentinin siyasi xətti ilə düşmən üzərində xalqımız Aprel döyüşlərində olduğu kimi, qələbə də çalacaq. Tezliklə, biz işğalda qalan torpaqlarımıza da qovuşacağıq. Çünki ulu öndərin siyasi xətti bu gün cənab İlham Əliyev tərəfindən müdrikcəsinə, təmkinlə davam etdirilir. Azərbaycanda qonşu və qardaş İran xalqından gələn sənət adamlarına göstərilən diqqətdən çox razıyıq. Var olsun bu birlik!”

...Ulu öndərin anadan olmasının 96 illiyi ilə əlaqədar xalqımız dövlətimizin memarı və qurucusunun müqəddəs məzarını növbəti dəfə ziyarət etmək üçün dünən axşama kimi dəstə-dəstə Fəxri xiyabana üz tutmuşdu. Ziyarətçilər belə qüdrətli dövlətin banisi olduğu üçün ümummilli liderlə daim fəxr edəcəklərini dilə gətirir, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə respublikamızın inkişafında bilik və bacarıqlarını bundan sonra da əsirgəməyəcəklərini əminliklə ifadə edirdilər.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”





NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM