10 May 2019 22:56
627
İQTİSADİYYAT
A- A+

Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib


Kənd Təsərrüfatı Nazirliyində Fermerlər Şurasının növbəti toplantısı keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Fermerlər Şurasını çox faydalı format adlandırıb. Nazir ölkənin qabaqcıl, təcrübəli fermerləri bir araya gətirən bu formatda aparılan müzakirələrin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə aqrar islahatların davam etdiyini deyən nazir Fermerlər Şurasının üzvlərini görülən son işlərlə bağlı məlumatlandırıb.

Görüşdə fevral ayında keçirilmiş iclasda qaldırılmış məsələlərin icra vəziyyəti barədə hesabat dinlənilib. İştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi istiqamətində görülən işlər, dövlət güzəşti tətbiq edilən kənd təsərrüfatı texnikası siyahısının genişləndirilməsi, taxıl biçini zamanı kombayn çatışmazlığının aradan qaldırılması üçün qəbul olunmuş yeni qərarlar barədə geniş məlumat verilib.

Fermerlər Şurasının üzvləri aqrokimya laboratoriyalarının fəaliyyəti, texnikaların yeni qaydalarla satışı, kooperativlərin yaradılması zərurəti, əkin zamanı sertifikatlı toxumdan istifadə, gübrənin güzəştli qiymətlərlə səyyar satışı, aqrar xidmətlərin elektronlaşdırılması, meliorasiya problemləri, pambıq səpininin gedişi və s. məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Tanınmış fermerlərdən Əlibala Səlimov, Sevil Osmanova, İldırım Məmmədov, Rafət Abbasov, Bəydabə Vəliyev və digərləri Fermerlər Şurasının gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşüb, şura üzvlərinin regionlarda fəaliyyətlərinin artırılması ilə bağlı rəy və təkliflərini irəli sürüblər.

Toplantının sonunda Kənd Təsərrüfatı Nazirliyi yanında Fermerlər Şurasına yeni üzvlər qəbul olunub. Qeyd edək ki, Fermerlər Şurasının tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video