Alternative content

23:49 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Star” NEZ üç ayda “Petkim”i 84 min ton xam məhsulla təmin edib
“Star” NEZ üç ayda “Petkim”i 84 min ton xam məhsulla təmin edib
ANA SƏHİFƏ / İQTİSADİYYAT
22:49 10.05.2019

SOCAR-ın Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda inşa etdiyi "Star” neft emalı zavodu (NEZ) bu ilin ilk rübündə "Petkim PetroKimya Holding A.Ş.”ni 84 min ton xam məhsulla təmin edib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Petkim” məlumat yayıb. Bildirilir ki, bu həcmin 74 min tonu nafta olub.

Qeyd edək ki, "Star” NEZ ilk məhsulunu fevralda "Petkim”ə satıb. Belə ki, zavodda istehsal olunan 1303 ton nafta "Petkim”ə boru kəməri ilə çatdırılıb. Zavodda illik 1,6 milyon ton nafta istehsal olunacaq. "Petkim”in naftaya olan tələbatını bütövlükdə "Star” NEZ ödəyəcək.

Qeyd edək ki, "Star” zavodunda ildə 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton təyyarə yanacağı, 1 milyon ton qarışıq ksilen/reformat, mayeləşdirilmiş neft-qaz (LPG), neft koksu və kükürd istehsal ediləcək. Layihənin ümumi sərmayə qoyuluşu 6,3 milyard dollar təşkil edir ki, bunun 90 faizi artıq investisiya olunub. 2021-ci ilədək başa çatacaq investisiya ilə "Star”ın ümumi tutumu artırılacaq. Sonda investisiya ümumilikdə 7 milyard dollara çatacaq.

Ötən il oktyabrın 19-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə "Star” zavodunun açılış mərasimi olub. "Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan edilib. Zavod "Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək. "Star” Türkiyənin dizel yanacağı idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş neft-qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatını tam ödəyəcək. "Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

SOCAR neft emalı zavodunun daha məhsuldar işləməsi üçün Əliağada bir neçə il əvvəl aldığı depolama müəssisəsinə 1300 milyon dollarlıq əlavə sərmayə yatıraraq onun tutumunu artırıb. Türkiyənin ilk neft-kimya müəssisəsi "Petkim”in xam maddə tələbatının demək olar ki, hamısını təmin edəcək "Star” NEZ yeni iş yerlərinin yaradılmasına da töhfə verəcək. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. "Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. NEZ ildə 500 milyon dollarlıq məhsul ixrac edəcək.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM