10 May 2019 18:16
408
SİYASƏT
A- A+

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə şərh yayıb


Rusiya XİN-in İnformasiya və Mətbuat Departamenti Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin 25 illiyi münasibətilə şərh yayıb.

AZƏRTAC Rusiya XİN-in rəsmi saytına istinadla xəbər verir ki, şərhdə mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında sazişin qüvvəyə minməsinin 25 ilinin tamam olması qeyd olunur. Rusiya XİN vurğulayır: "Razılaşma Rusiyanın bilavasitə iştirakı ilə əldə olunub. O, kütləvi qan tökülməsinin qarşısını almağa və Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomati yollarla nizama salınması prosesinə başlamağa imkan verib. Mayın 12-də qüvvəyə minmiş saziş indiyədək atəşkəs rejiminin qorunub saxlanılmasının təməlini təşkil edir”.

Şərhdə qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması mürəkkəb prosesdir. "Nizamlanmanın açar aspektləri üzrə razılığa gəlmək üçün zaman və onun iştirakçılarından siyasi iradə tələb olunur. Biz dayanıqlı sülhə nail olmaq üçün tərəflərin birgə fəaliyyəti davam etdirməsi əzmini görürük. Bunu Ermənistan və Azərbaycan liderlərinin bu yaxınlarda Vyanada keçirilmiş görüşünün yekunları və Moskvada xarici işlər nazirlərinin danışıqları da sübut edir.

Öz tərəfimizdən, Bakı və Yerevana kompromis həll yollarının tapılmasında fəal kömək edəcəyik. Əvvəllər olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində ABŞ və Fransa ilə birlikdə ardıcıl vasitəçilik səylərini davam etdirəcəyik”, -deyə Rusiya XİN bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video