Alternative content

04:06 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Sarı jiletlər” Fransa turizminə ziyan vurur
“Sarı jiletlər” Fransa turizminə ziyan vurur
ANA SƏHİFƏ / DÜNYA
17:22 10.05.2019


"Sarı jiletlər” hərəkatı iştirakçılarının kütləvi etirazları Fransada turizm sənayesinə mənfi təsir göstərmişdir. Bu barədə Fransa Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (İNSEE) məlumat vermişdir.

Əcnəbi turistlər "sarı jiletlər”in etiraz aksiyaları ucbatından Fransaya, xüsusilə Parisə səfər etmirlər. Cari ilin ilk üç ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə turistlərin sayı 2,5 faiz azalmışdır. Həmin müddətdə ötən illə müqayisədə Fransa hotellərində rezervasiyaların sayı 1,3 faiz aşağı düşmüşdür. Parisin də daxil olduğu İl-de-Frans regionunda hotellərdə rezervasiyaların sayı daha çox – 4,6 faiz azalmışdır.

Fransanın iqtisadiyyat naziri Bruno Le Mer fevral ayında bildirirdi ki, "sarı jiletlər”in aksiyaları ölkə iqtisadiyyatına xeyli mənfi təsir göstərir. Onun dediyinə görə, ötən ilin dördüncü rübündə və cari ilin birinci rübündə ölkədə iqtisadi artım 0,2 faizədək azalmışdır.

Yanacağın qiymətinin artmasına etiraz edən "sarı jiletlər”in aksiyaları ötən il noyabrın 17-də başlamışdır. Kütləvi etirazlar nümayişçilərin polislə toqquşması, talanlar, maşınlara od vurulması, mağaza və banklara dəyən ziyanla müşayiət olunur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM