Alternative content

04:08 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Tramp: “İran ABŞ-ı hədələyir”
Tramp: “İran ABŞ-ı hədələyir”
ANA SƏHİFƏ / DÜNYA
17:22 10.05.2019


Tehran ABŞ-a münasibətdə özünü təhlükəli aparır. Bu barədə Ağ evin başçısı Donald Tramp bildirmişdir. O, Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən demişdir: "Bizdə olan məlumata görə, İran çox böyük təhlükə mənbəyidir. Biz ölkəmizin və bir çox digər yerlərin təhlükəsizliyini təmin etməliyik”.

ABŞ lideri əlavə etmişdir ki, o, iranlı həmkarı ilə görüşməyə hazırdır: "Biz ədalətli sövdələşmə imzalaya bilərik. Sadəcə olaraq istəmirik ki, onların nüvə silahı olsun. Biz onlarla danışmağa hazırıq”.

Tramp ABŞ-la İran arasında hərbi qarşıdurma təhlükəsinin mövcudluğu barədə sualı cavablandırarkən qeyd etmişdir ki, "bu ehtimal həmişə mövcuddur”.

Xatırladaq ki, ötən çərşənbə günü ABŞ Prezidenti İranda metallurgiya sənayesinə sanksiyalar tətbiq etmişdir. Məhdudlaşdırıcı tədbirlər dəmir, polad, alüminium və mis istehsalına şamil olunur.

Bundan əvvəl isə İran Prezidenti Həsən Ruhani bildirmişdi ki, Tehranın nüvə sazişi çərçivəsində maraqları nəzərə alınmasa, İran 60 gün ərzində uranı zənginləşdirməyi bərpa edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM