10 May 2019 17:21
474
DÜNYA
A- A+

Liviyada 40 xarici şirkətin fəaliyyəti dayandırıldı


Liviyada milli barışıq hökuməti (MBH) 40 xarici şirkətin fəaliyyətini dayandırmışdır. Bu barədə İqtisadiyyat və Ticarət Nazirliyi məlumat vermişdir.

Qeyd olunur ki, 40 xarici şirkətin fəaliyyəti lisenziyaların müddətinin bitməsi ilə əlaqədar dayandırılmışdır. Şirkətlər fəaliyyətlərini bərpa etmək üçün 90 gün ərzində lisenziyalarını yeniləməlidir.

Belə şirkətlərin arasında Liviyada bir sıra neft yataqlarında işləmək hüququ olan Fransanın "Total”, "Thales” və Almaniyanın "Siemens” şirkətləri də var.

Yerli KİV xəbər verir ki, MBH-nın son qərarı Fransa hökumətinin Trablisə hücum edən "Liviya milli ordusu”nun başçısı, general Xəlifə Həftəri dəstəkləməsi ilə əlaqədardır.

Ötən ay Fransanın diplomat pasportu olan 13 vətəndaşı Liviya-Tunis sərhədində saxlanmışdı. Yerli KİV-in xəbərinə görə, saxlanılan fransızlar general Həftərin Qəryan şəhərində hərbi müşavirləridir.

Xatırladaq ki, "Liviya milli ordusu”nun bölmələri aprelin 4-də Trablisə hücuma keçmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video