10 May 2019 17:06
511
CƏMİYYƏT
A- A+

Sankt-Peterburq azərbaycanlıları “Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər


Sankt-Peterburqdakı Azərbaycan diasporunun nümayəndələri Rusiyanın Şimal paytaxtında "Ölməz alay” ümumxalq yürüşündə iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bir milyondan çox Sankt-peterburqlu şəhərin qubernatoru Aleksandr Beqlovın başçılığı ilə "Ölməz alay” ümumxalq yürüşündə iştirak edib. Yürüş iştirakçılarının qarşısında içərisində Böyük Vətən müharibəsi veteranları və mühasirəyə alınmış Leninqradın sakinləri olan retro-avtomobillər hərəkət edib.

Ənənəyə görə, "Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”

İctimai Təşkilatının nümayəndələri də qurumun sədri Vaqif Məmişovun başçılığı ilə yürüşdə iştirak ediblər.

Milli kostyumlar geyinmiş təqribən 100 azərbaycanlı bu müharibədə döyüşmüş babalarının və ulu babalarının portretlərini, habelə Azərbaycanın və Rusiyanın bayraqlarını daşıyıblar. Yürüşdə 100-dən çox ölkənin nümayəndələri iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video