Alternative content

16:07 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb
“Euronews” V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlayıb
ANA SƏHİFƏ / Mədəniyyət
16:59 10.05.2019

"Euronews” kanalında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, reportajda 2 gün ərzində Forumda müzakirə olunan məsələlər və dünyanı narahat edən problemlərin çözülməsi istiqamətində aparılan müzakirələrə toxunulub. Vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir-birimizlə sadəcə ünsiyyətdə olmaqla sülhə necə dəstək göstərilməsini aydınlaşdırmağa çalışıb.

Videomaterialda qeyd edilir ki, Foruma 35 beynəlxalqa təşkilati və 100-dən çox ölkəni təmsil edən 500-dən çox qonağın qatılıb.

Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı vurğulanır.

Qeyd edilir ki, Bakı forumunda ayrı-ayrı ölkələrdə ekstremizmlə mübarizə, dini, etnik zəmində münaqişələrin aradan qaldırılması, gənclərin bu işdə fəal rolu və beynəlxalq ictimaiyyəti narahat edən digər aktual məsələlərlə bağlı məhsuldar və səmərəli müzakirələr aparılıb. Eyni zamanda, Forumda dini və etnik tolerantlıq kimi mühüm məsələlər diqqət mərkəzində olub.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM