10 May 2019 12:35
490
CƏMİYYƏT
A- A+

Azərbaycanın müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır


Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin adı hər bir azərbaycanlı üçün doğma və əzizdir. Ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə mövcud olan anarxiya və xaosa son qoymaqla yanaşı, iqtisadiyyatı da dirçəltdi. Ən əsası isə yenicə müstəqillik əldə etmiş respublikamızı bütün təhlükələrdən qorudu.
Bu fikirlər dahi rəhbərin anadan olmasının 96-cı ildönümü münasibətilə Tovuz rayonunda keçirilən elmi-praktik konfransda səsləndirilmişdir. "Azərbaycanın müstəqilliyi Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda keçirilən elmi-praktik konfransda rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov geniş məruzə ilə çıxış etmişdir. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində respublikamızın inkişaf strategiyası müəyyən olundu. Azərbaycan xalqı qazanılan hər bir uğura görə ona minnətdardır. Heydər Əliyev dühasından bəhrələnərək onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində indi Azərbaycan dünyada qüdrətli dövlət kimi tanınır. Bir zamanlar "Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrini səsləndirəndə dahi rəhbər sanki bu günləri görürdü.
YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramovun "Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Tovuz Dövlət Sosial İqtisad Kollecinin direktoru Rizvan Qənbərovun "Azərbaycanın şərəf tarixinin müəllifi”, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdiri Svetlana Mehdiyevanın "Heydər Əliyev hüquqi və demokratik dövlətin yaradıcısıdır”, Tovuz Heydər Əliyev Mərkəzinin elmi işçisi Nərgiz Sabirlinin "Tarixə işıq salan şəxsiyyət” mövzusunda məruzəsi dinlənilmişdir.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin apardığı siyasətin məqsədi ölkəmizi daha da gücləndirmək və ilk növbədə Azərbaycan vətəndaşlarının daha yaxşı yaşamalarına nail olmaqdır. Məhz buna görə də mükəmməl işlənib hazırlanmış bütün Dövlət Proqramlarında sosial məsələlərin həlli əsas yer tutur. Ölkədə aparılan islahatlarla bağlı Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini Ilham Əliyevə etibar edən ölkə vətəndaşlarından gəlir. Azərbaycan xalqı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Onun rəhbərliyi altında ölkəmizin inkişafı, sürətli tərəqqisi, əzəmətli layihələrlə həyata keçirilir.

Sabir ƏLİYEV,
"Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video