Alternative content

19:26 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda keçiriləcək Avropa Liqasının final oyununda qonaqların daşınmasında KIA avtomobillərindən istifadə olunacaq
Bakıda keçiriləcək Avropa Liqasının final oyununda qonaqların daşınmasında KIA avtomobillərindən istifadə olunacaq
ANA SƏHİFƏ / İDMAN
10:16 10.05.2019

"KIA Motors Corporation” (KMC) ilə UEFA arasında 2018-ci ildə bağlanmış müqaviləyə əsasən, Avropa Liqasının final oyunlarında qonaqların daşınması məhz bu şirkətin istehsalı olan avtomobillərlə həyata keçiriləcək.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final qarşılaşması ilə bağlı tədbirlərdə istifadə olunması üçün KMC şirkətinin ölkəmizdəki rəsmi distributoru "KIA Azərbaycan” tərəfindən 70 ədəd yeni model KIA avtomobili gətirilib. Modellər arasında "Optima”, "Carnival”, "Sportage”, "Sorento”, "K900” və "Stinger” yer alıb.

Mayın 23-dən 30-dək müddətdə final oyunu ilə bağlı tədbirlərdə istifadə olunacaq avtomobilləri sürücü ilə UEFA tərəfindən müəyyənləşdirilmiş şirkət təmin edəcək. Avtomobillər əsasən, UEFA-nın rəsmi şəxsləri və final qarşılaşmasına gələcək VIP qonaqların hava limanından otellərə, həmçinin oyunla bağlı müxtəlif tədbir məkanlarına daşınması üçün nəzərdə tutulub. Həmin avtomobillər artıq "UEFA Avropa Liqası Finalı Bakı 2019”a uyğun şəkildə brendinq olunub.

Qeyd edək ki, bu, KMC şirkətinin Avropa Liqası turnirində UEFA ilə ilk əməkdaşlığıdır.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM