Alternative content

19:23 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Avropa Liqası: “Çelsi” “Ayntraxt”ı məğlub edərək finala vəsiqə qazanıb
UEFA Avropa Liqası: “Çelsi” “Ayntraxt”ı məğlub edərək finala vəsiqə qazanıb
ANA SƏHİFƏ / İDMAN
10:15 10.05.2019

UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalının ikinci komandası məlum olub.

AZƏRTAC xəbər verir ki, mərhələnin ikinci görüşü İngiltərədəki "Stenford Bric” stadionunda keçirilib. Almaniyanın avrokubokda mübarizəni davam etdirən yeganə təmsilçisi "Ayntraxt” "Çelsi”nin qonağı olub. Bu komandaların Frankfurda keçirilən görüşündə qalib müəyyənləşməyib - 1:1.

Görüşdə hesabı meydan sahibləri açıb. Matçın 28-ci dəqiqəsində Ruben Loftus-Çik fərqlənib. Birinci hissə London təmsilçilərinin minimal hesabla üstünlüyü ilə başa çatıb. Fasilədən sonra Frankfurt təmsilçisi hesabı bərabərləşdirib. Luka Yoviç adını tabloya yazdırıb. Qalan dəqiqlərdə hər iki komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.

Ümumi hesab bərabər olduğundan qalibi müəyyənləşdirmək üçün hər biri 15 dəqiqəlik iki hissə oynanılıb.

Əlavə olunan vaxtda da qalib müəyyənləşmədiyindən 11 metrlik cərimə zərbələri seriyası təyin olunub.

Cərimə zərbələri seriyasında 4:3 hesabı ilə qalib gələn "Çelsi” klubu UEFA Avropa Liqasının finalına vəsiqə qazanıb.

Qrup mərhələsində maksimum nəticə göstərən Frankfurt klubu yarımfinala qədər cəmi bir oyunda məğlub olub. Adolf Hütterin rəhbərlik etdiyi kollektiv Portuqaliyada baş tutmuş dörddəbir finalın ilk görüşündə "Benfika”ya uduzub - 2:4. Lakin bu komanda evdə 2 cavabsız qolla qalib gəlməklə, növbəti mərhələyə çıxıb. Bundan başqa, "Ayntraxt” on altıdabir finalda Ukraynanın "Şaxtyor” klubunu (2:2, 4:1), ardınca isə İtaliyanın "İnter” komandasını (0:0, 1:0) mübarizədən kənarlaşdırıb.

"Çelsi” UEFA Avropa Liqasının cari mövsümündə keçirdiyi 13 oyundan heç birində uduzmayıb. İki matçda heç-heçə edən "zadəganlar” 11 qarşılaşmadan qalib ayrılıblar. Mauritsio Sarrinin baş məşqçi olduğu komanda qrupdan çıxandan sonra İsveçin "Malmö” (2:1, 3:0), Ukraynanın "Dinamo” (3:0, 5:0) və Çexiyanın "Slaviya” (1:0, 4:3) klubundan güclü olub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM