10 May 2019 01:30
916
İDMAN
A- A+

UEFA Avropa Liqası: Bakı finalında iştirak edəcək ilk komanda müəyyənləşib


UEFA Avropa Liqasının Bakı finalında iştirak edəcək ilk komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu ingilis klubu "Arsenal” komandasıdır.

"Arsenal” yarımfinal mərhələsində İspaniyanın "Valensiya” klubunu mübarizədən kənarlaşdırıb.

"Arsenal” öz meydanında 3:1 hesablı qələbədən sonra səfərdə "Valensiya” komandasının qonağı olub.

Görüşdə hesabı erkən qolla ispaniyalılar açıb. Matçın 7-ci dəqiqəsində Rodriqonun cinah ötürməsini Kevin Gameiro dəqiq zərbə ilə tamamlayıb. Qoldan altı dəqiqə sonra London təmsilçisi hesaba tarazlıq gətirib. Pyer Emerik-Obameyanq adını tabloya yazdırıb.

Fasilədən sonra "Arsenal” yenidən fərqlənməyə nail olub. Bu dəfə "Arsenal”ın digər qol silahı Aleksander Lakazette komandasını finala daha da yaxınlaşdırıb. Görüşün 58-ci dəqiqəsində hesab yenidən bərabərləşib. Bu dəfə meydan sahibləri hesaba tarazlıq gətirib. Kevin Gameiro dublun rəsmiləşdirib. Bu da oyunda son qol olmayıb. Qarşılaşmanın 69-cu dəqiqəsində "Arsenal” yenidən hesabda önə keçib. Pyer Emerik-Obameyanq özünün ikinci, komandasının üçüncü qolunu vurub.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab dəyişməyib. Beləliklə, "Arsenal” iki oyunun nəticəsinə əsasən, UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına vəsiqə qazanan ilk komanda olub.

"Qarabağ”la birgə "E” qrupunda yer almış baş məşqçi Unay Emerinin komandası yarımfinala qədər Belarusun BATE (0:1, 3:0), Fransanın "Renn” (1:3, 3:0) və İtaliyanın "Napoli” (1:0, 2:0) komandalarından güclü olub.

"Valensiya” isə yarımfinala kimi Şotlandiyanın "Seltik” (2:0, 1:0), Rusiyanın "Krasnodar” (2:1, 1:1) və İspaniyanın "Villyareal” (3:1, 2:0) komandalarını mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, mərhələnin digər oyununda "Çelsi” öz meydanında Almaniyanın "Ayntraxt” komandasını qəbul edir. Həmin görüşdə hesab bərabərdi - 1:1. İlk görüşdə bu hesabla başa çatdığı üçün qalibi müəyyən etmək üçün əlavə olunmuş dəqiqələr oynanılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video