09 May 2019 21:37
510
İQTİSADİYYAT
A- A+

Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək


Mayın 9-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.

Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Komitə sədri nəqliyyat-tranzit dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində Azərbaycanla Türkmənistan arasında mövcud əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb, iki ölkənin gömrük orqanlarının qarşılıqlı olaraq qabaqcıl təcrübə və məlumat mübadiləsini gücləndirəcəyinə əminliyini ifadə edib.

Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyev ölkəsinin Azərbaycanla bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini deyib. Qonaq bugünkü görüşün də əlaqələrin möhkəmlənməsi, xüsusilə gömrük sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video