09 May 2019 21:25
422
SİYASƏT
A- A+

Müharibə veteranlarına avtomobillər təqdim olunub


Ümummilli liderimiz Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə müharibə veteranlarına, sosial qayğıya ehtiyacı olan vətəndaşlara qayğı ilə yanaşıb. Dahi şəxsiyyətin müəyyənləşdirdiyi siyasi xətt hazırda ölkəmizdə uğurla davam etdirilir. Bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müharibə veteranlarına diqqət və qayğı sosial siyasətin əsas istiqaməti kimi müəyyənləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da - faşizm üzərində Qələbənin 74-cü ildönümündə Naxçıvan şəhərində 2 nəfər 1941-1945-ci illər müharibəsi iştirakçısına, 2 Azərbaycan Vətən Müharibəsi veteranına və 3 hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş şəxsə "NAZ-Lifan-320” markalı minik avtomobili təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərasimdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin, habelə 1941-1945-ci illər müharibəsi iştirakçılarının rifah halının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobillərinin verilməsi, onların tibbi və sosial bərpası diqqət mərkəzində saxlanılır. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 266 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 78 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 1 nəfərə minik avtomobili təqdim olunub. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən diqqətə və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycanda möhkəm dövlətçilik mövcuddur. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik prinsipləri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətçilik olan yerdə isə vətənpərvərlik, inkişaf, sabitlik və sosial qayğıya ehtiyacı olanlara dövlət qayğısı olur. Bu gün ölkəmizdə inkişaf və sabitlik vardır. Sosial himayəyə ehtiyacı olan insanlara dövlət qayğısı göstərilir. Müharibə veteranlarına və sosial himayəyə ehtiyacı olanlara minik avtomobillərinin təqdim olunması da Azərbaycan dövlətçiliyinin mühüm göstəricilərindəndir.

"Bu gün ölkəmizdə İkinci Dünya müharibəsi iştirakçıları, Azərbaycan Vətən müharibəsi veteranları, xidməti vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslər və digər sosial himayəyə ehtiyacı olan insanlar dövlət qayğısı ilə əhatə olunublar. Onlara avtomobillər və mənzillər verilir, müalicəyə göndərilir, təqaüdləri artırılır. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi qiymətdir”, - deyən Ali Məclisin Sədri vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə avtomobil təqdim olunanlara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri avtomobillərin açarlarını təqdim edib.

Avtomobillərlə təmin olunanlar göstərilən qayğıya görə minnətdarlıq ediblər. Onlar bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib, bundan sonra da Heydər Əliyev siyasi xəttinə sadiq qalacaqlarını bildiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video