09 May 2019 14:45
605
DÜNYA
A- A+

Moskvada hərbi parad keçirilib


Moskvada Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümünə həsr olunmuş hərbi parad keçirilib.

AZƏRTAC xəbər verir ki, Qızıl Meydanda keçirilən paradda Rusiya Prezidenti Vladimir Putin iştirak edib.

Paradı Rusiyanın müdafiə naziri Sergey Şoyqu qəbul edib. Bu il paradda 13 min hərbçi iştirak edib, Qızıl Meydandan 130 adda hərbi texnika keçib. İlk dəfə olaraq yürüşə Sovet İttifaqı Marşalı G.K.Jukov adına Hava-Kosmik Müdafiə Hərbi Akademiyasının qadın hərbçilərindən ibarət bölmə də qatılıb. Hərbi texnika Böyük Vətən müharibəsi illərinin əfsanəvi "T-34” tankının ardınca meydana çıxıb. Bu il hava şəraiti üzündən Moskva paradında aviasiya texnikasının nümayişi ləğv olunub.

Rusiya Prezidenti Vladimir Putin paraddakı çıxışında Böyük Vətən müharibəsi haqqında həqiqətlərin qorunub saxlanmasının vacibliyini vurğulayaraq, bir sıra ölkələrdə tarixin bilərəkdən saxtalaşdırıldığını, nasistlərə qulluq etmiş insanların bütləşdirildiyini qeyd edib. V.Putin deyib ki, müharibə veteranları dünyanın müxtəlif ölkələrində yaşasalar da, onların qəhrəmanlığını ayırmaq mümkün deyil. Prezident arxa cəbhənin əsgərlərinin qəhrəmanlığını da qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video