09 May 2019 12:31
808
Mədəniyyət
A- A+

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda konsert proqramı olub


Mayın 7-də Naxçıvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyi münasibətilə konsert proqramı təşkil olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirin aparıcıları müasir Azərbaycanın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini bildiriblər. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə həmişə Vətənimizin inkişafı və çiçəklənməsi üçün yorulmaz fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderimizin nəsillərə nümunə olan şərəfli həyatında Naxçıvana bağlılıq, Azərbaycanın bu qədim diyarına tükənməz məhəbbət və ardıcıl qayğı xüsusi yer tutub. Ulu Öndər harada, hansı vəzifədə işləməsindən asılı olmayaraq daim Vətəni və xalqı üçün çalışıb.

Ümummilli Lider həmişə Naxçıvanın yüksəlişi və tərəqqisi naminə xüsusi səy göstərib. 1990-1993-cü illərdə Naxçıvanın blokadasının aradan qaldırılması və inkişafı üçün mühüm tədbirlər həyata keçirib.

Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi irsi onun layiqli davamçısı Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.

Yarandığı ilk gündən başlayaraq Heydər Əliyev Fondunun fəaliyyətində xeyirxahlığın, mərhəmətin, humanistliyin, milli-mənəvi dəyərlərə sadiqliyin prioritet istiqamətlər kimi müəyyən edildiyi bildirilib. Qeyd edilib ki, on beş illik fəaliyyəti dövründə Fond ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, dünya birliyinə inteqrasiyası, xalqımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə böyük dəstək verib.

Ötən 15 ildə Heydər Əliyev Fondu milli-mənəvi dəyərlərin qorunması, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılması istiqamətində, o cümlədən əhalinin rifahının yüksəldilməsinə xidmət edən genişmiqyaslı proqram və layihələr həyata keçirib. Fondun əsas missiyası ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin, ideyalarının öyrənilməsi və təbliği ilə yanaşı, ölkə daxilində və xaricdə sosial-iqtisadi və humanitar inkişafı dəstəkləməkdir.

Konsertdə ölkəmizin tanınmış incəsənət nümayəndələri - Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artistlər İlqar Muradov, Lalə Məmmədova, Abbas Bağırov, müğənnilər Günay İbrahimli, Elnur Məmmədov və Sərxan Bünyatzadənin ifa etdikləri xalq, bəstəkar və estrada mahnıları şəhər sakinləri tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərlik etdiyi "Qaytağı” instrumental ansamblının ifasında musiqi nömrələri və müxtəlif rəqslər təqdim edilib.

Konsert proqramı Naxçıvan sakinlərində əsl bayram əhval-ruhiyyəsi yaradıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video