Alternative content

00:01 16 Oktyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində Tomas Andersin konserti olub
Heydər Əliyev Mərkəzində Tomas Andersin konserti olub
ANA SƏHİFƏ / Mədəniyyət
12:29 09.05.2019

Heydər Əliyev Mərkəzində dünya pop musiqisinin əfsanəsi, məşhur "Modern Talking" qrupunun solisti olmuş Tomas Andersin konserti keçirilib. "Musiqi centlmeni - Tomas Anders" adlı konsert proqramında müğənni ən sevilən mahnılarını, məşhur hitlərini səsləndirib.

AZƏRTAC xəbər verir ki, tamaşaçıları "Salam, Bakı", - deyə salamlayan Tomas Anders bu şəhərdə13 il əvvəl olduğunu və ötən müddət ərzində Bakının çox dəyişdiyini, gözəlləşdiyini qeyd edib.

Müğənni Heydər Əliyev Mərkəzinin çox heyrətamiz memarlıq incisi olduğunu vurğulayıb: "Bura mənim indiyədək olduğum bütün məkanların ən gözəli, ən möhtəşəmidir. Binanın arxitekturası insana ilham verir".

Tomas Anders konsertdə "You're My Heart, You're My Soul", "Cheri Cheri Lady" və digər məşhur mahnılarını səsləndirib. Bayram ab-havalı konsertdə tamaşaçılar da ifalara qoşulub, hitləri müğənni ilə birgə oxuyublar.

Tomas Anders (Bernd Vaydunq) ötən əsrin 80-90-cı illərində "Modern Talking" qrupunun solisti olarkən məşhurluq qazanıb və artıq 40 ilə yaxındır ki, şöhrətin zirvəsindədir.

Tomas Anders Diter Bolenlə birlikdə yaratdığı "Modern Talking" qrupunun "You're My Heart, You're My Soul" adlı ilk sinqlı 81 ölkədə birinci olub. Qrup fəaliyyətini dayandırdıqdan sonra Tomas Anders solo karyerasını davam etdirib.

"Modern Talking" və Tomas Andersin solo musiqi albomlarının satışları dünya üzrə 125 milyonu ötüb. Müğənni 420-dən çox qızıl, platin plastinka və çoxsaylı mükafatlar qazanıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM