Alternative content

17:55 24 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqasının ikinci finalçısı məlum olub
UEFA Çempionlar Liqasının ikinci finalçısı məlum olub
ANA SƏHİFƏ / İDMAN
11:56 09.05.2019

Mayın 8-də UEFA Çempionlar Liqasının ikinci yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, Hollandiyada baş tutan görüşdə "Ayaks” İngiltərənin "Tottenhem” klubunu qəbul edib. Səfərdə 1:0 hesabı ilə "Tottenhem” klubunu məğlub edən hollandiyalılar ilk dəqiqələrdən rəqibin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaradıb. Matçın 5-ci dəqiqəsində "Ayaks” hesabı açmağa nail olub. Küncdən zərbəni komandanın gənc kapitanı M.De Ligt dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan sonra müdafiədən əks hücumlara çıxmağa çalışan "Ayaks” 35-ci dəqiqədə ingilisləri yenidən meydanın mərkəzinə dəvət edib. Hakim Zireş adını tabloya yazdırıb - 2:0. Birinci hissə Amsterdam təmsilçisinin üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsində "Tottenhem” tamam fərqli oyun nümayiş etdirib. Görüşün 55-ci dəqiqəsində sürətli hücum quraraq hesab arasındakı fərqi bir topa endiriblər. Lukas Maura qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb - 2:1. Dörd dəqiqə sonra Lukas Maura dublun rəsmiləşdirib - 2:2. Matçın 95-ci dəqiqəsində "Tottenhem” klubunun sonuncu hücumu qolla nəticələnib. Lukas Maura uzaq məsafədən dəqiq zərbə vurub - 2:3.

Beləliklə, "Tottenhem” finalda "Liverpul” klubu ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqasının final görüşü iyunun 1-də Madridin "Metropolitano” stadionunda təşkil olunacaq.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM