Alternative content

02:35 19 Iyul 2019
ONLINE XƏBƏR LENTİ
00:28 19.07.2019 Böyük islahatlar ili
00:26 19.07.2019 İpək kimi
00:24 19.07.2019 Bakıda idman bayramı
00:22 19.07.2019 Yollar yenidən qurulur
00:21 19.07.2019 Hər uşaq bir ümiddir
00:16 19.07.2019 Hicran yaşı...
00:15 19.07.2019 Artemida məbədi
Bakıda futbol festivalı
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yeni çağırışlara cavab verən idarəetmə modelinin banisi
Yeni çağırışlara cavab verən idarəetmə modelinin banisi
ANA SƏHİFƏ / SİYASƏT
01:45 09.05.2019


Hakimiyyətə münasibət tarixən inam meyarı ilə şərtlənmişdir: insanlarımız əsrlərboyu ədalətli və sivil cəmiyyətə qovuşmağın yeganə yolunu ölkəyə rəhbərlik edən liderin və onun formalaşdırdığı komandanın fəaliyyətində axtarmış, talelərini inandıqları, etimad bəslədikləri rəhbərə etibar etmişlər.

Azərbaycan xalqı üçün belə bir lider olmuş Heydər Əliyev dühası da idarəçiliyin hər iki mərhələsində dövlətçiliyin ideoloji, siyasi, hüquqi və iqtisadi əsaslarını fundamental elmi prinsiplər əsasında müəyyənləşdirmiş, təkamülə əsaslanan tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirmişdir.

Müxtəlif zaman və məkanlarda yaranan hər bir əlverişli şəraitdə xalq malik olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti və milli özünüdərk səviyyəsi ilə yüksək azadlıq idealına, tarixin yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik ənənələrinin bərpasına can atır. Bu mənada, indi mütləq əksəriyyət etiraf edir ki, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı üçün belə real tarixi şans ötən əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçiləndən sonrakı mərhələdə yaranmışdır. Həmin gün Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev elə ilk plenumda ana dilində nitq söyləməklə köhnə stereotipləri alt-üst etmiş, milli ideallara bağlı lider olduğunu yüksək kürsüdə nümayiş etdirmişdir.

Zəngin təbii sərvətlərinə, istehsal potensialına baxmayaraq, Azərbaycanın keçmiş SSRİ-nin geridə qalmış respublikalar sırasına düşməsinin səbəblərini araşdıran ulu öndər Heydər Əliyev iqtisadi inkişafa xidmət edən kompleks tədbirlərin həyata keçirilməsini təmin etməklə, peşəkar strateq və müdrik dövlət xadimi olduğunu sübuta yetirmişdir. Ümummilli lider respublikada, ilk növbədə, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir.

Ulu öndər Heydər Əliyevdən əvvəlki respublika rəhbərləri yalnız mərkəzin siyasətini həyata keçirmiş, bu siyasətin Azərbaycan xalqının mənafeyinə zidd olan məqamlarında lazımi cəsarət və qətiyyət göstərib sözlərini deməmişdilər. Azərbaycanın sosial-iqtisadi inkişafının geridə qalmasından narahat olub məsələ qaldırmamış, imperiyanın imkanlarını ölkə, xalq naminə səfərbər etməmişdilər.

Ümummilli lider isə qısa müddətdə respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişikliklərinə nail olmaqla, Azərbaycanı xammal istehsalçısından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirə bildi. Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Sənayenin inkişaf səviyyəsinə görə respublikanın bütün bölgələrinin proporsional inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin inkişafı üçün kompleks tədbirlər görüldü.

Həmin dövrün statistik məlumatları təsdiqləyir ki, Heydər Əliyev dühasının gərgin əməyi, qətiyyəti, fitri idarəçilik qabiliyyəti, vətənpərvərliyi sayəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış əyalətindən bütün sahələrdə sürətlə inkişaf edən, yüksələn, özünü iqtisadi cəhətən təmin edən qabaqcıl respublikaya çevrilmişdir. 1969-1972-ci illərdə xalq təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqlamış, istehsal edilən milli gəlir 2,6, sənaye məhsulunun həcmi 2,7, kənd təsərrüfatı məhsulları 2,3 dəfə artmışdı. 15 il ərzində miqyasına görə respublikamızda bütün keçmiş tarixi boyu yaradılmış potensialla müqayisə edilə biləcək güclü sənaye potensialı yaradılmışdı.

Müasir Azərbaycanın ötən əsrin son onilliyində yenidən qazandığı dövlət müstəqilliyi və tarix baxımından elə də böyük olmayan zaman kəsiyində yüksək templər üzərində qurulmuş inkişafı da məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlı olmuşdur. Hadisələrin gedişini ən azı bir neçə il qabaqlamaq, onları böyük məharətlə idarə etmək və milli maraqlar çərçivəsində inkişafa uyğunlaşdırmaq, dövrün çağrışlarına adekvat reaksiya vermək və digər fenomenal qabiliyyətləri sayəsində ulu öndər həm də müasir Azərbaycanın dünya siyasətində layiqli yer tutması üçün fundamental əsaslar yaratmışdır.

Ulu öndərin əzmkar fəaliyyəti sayəsində suveren Azərbaycanın hərtərəfli tərəqqisinin əsası qoyulmuş, ölkəmiz istər siyasi, istər iqtisadi, istər mədəni, istərsə də digər vacib sahələrdə özünün yeni intibah mərhələsinə daxil olmuşdur. Heydər Əliyevin məqsədyönlü, konkret hədəflərə hesablanmış siyasəti nəticəsində iqtisadiyyatda mühüm islahatlar aparılmasında atılan ardıcıl, sistemli addımlar və çoxşaxəli fəaliyyət proqramları yeni şəraitdə sözügedən sferada inkişafı sürətli hala gətirməyə, bazar münasibətlərinin təşəkkülü üçün zəruri hesab edilən ilkin şərtlərin yaradılmasına imkan vermişdir.

Ümummilli liderin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində bazar iqtisadiyyatına uyğun qanunvericiliyin, büdcə, vergi, bank sistemlərinin formalaşdırılması, aqrar islahatlarının həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ölkəmizin qədəm qoyduğu yeni ictimai-iqtisadi formasiyanın əsas atributlarından sayılan sahibkarlıq sinfinin formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. Nəticə etibarı ilə özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində və ümumi daxili məhsulun istehsalında xüsusi çəkisi artan xətt üzrə inkişaf etməyə başlamış, planlı təsərrufat sistemindən sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi formasiyaya keçidin möhkəm bazisi yaradılmışdır. Bütün bunlar ona gətirib çıxarmışdır ki, ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli formalaşmışdır.

Azərbaycanda iqtisadiyyatın lokomotivi sayılan sahibkarlara yüksək diqqət və qayğı, onlar üçün yaradılan şərait respublikanın milli inkişaf modelinin mahiyyətindən irəli gəlmişdir. Çünki yeni təsərrüfat münasibətlərinə keçidlə bağlı ilkin təcrübə göstərirdi ki, sahibkarlığın, özəl sektorun tərəqqisinə normal şərait yaratmadan iqtisadi yüksəlişi təmin etmək, əhalinin məşğulluq səviyyəsini artırmaq, infrastrukturu yeniləşdirmək, sosial problemlərin uğurlu həllinə nail olmaq mümkün deyil. Odur ki, ulu öndər Heydər Əliyevin iqtisadi sahədə həyata keçirdiyi siyasətin əsas hədəflərindən biri də məhz sahibkarlığa hərtərəfli dəstək verilməsi olmuşdur. Nəticədə özəl sektorun ölkənin sosial-iqtisadi tərəqqisində və ümumi daxili məhsul istehsalında xüsusi çəkisi sürətlə artaraq 1995-ci ildəki 27 faizdən 2003-cü ildə 73 faizə çatmışdır.

Ölkədə sosial-iqtisadi inkişafın bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə böyük əlaqəsi olduğunu aydın görən Heydər Əliyev bu istiqamətdə dövlət qayğısının artırılması və ən əsası mövcud potensialın reallaşdırılması üçün vacib addımlar atmışdır. Bu xüsusda 1993-1995-ci və 1997-2000-ci illəri əhatə edən sahibkarlığın inkişafı ilə bağlı iki dövlət proqramı ayrıca qeyd olunmalıdır. Çünki həmin proqramlar sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevrilməsində müstəsna rol oynamışdır. Həmin proqramlar çərçivəsində iqtisadiyyatın və sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli tədbirlər həyata keçirilmiş, sahibkarlara dövlət maliyyə köməyi sistemi təşkil edilmişdir.

Sahibkarlığın inkişafında Heydər Əliyevin atdığı ən mühüm addımlardan biri də sözügedən sahəyə dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və bununla əlaqədar qanunvericilik bazasında mühüm dəyişikliklər edilməsi olmuşdur. Həmin vaxta qədər iqtisadiyyata süni şəkildə müdaxilə edən dövlət orqanlarının çoxluğu və fəaliyyəti bir sıra hallarda iqtisadi inkişafa subyektiv maneələr yaradır, iqtisadi islahatların tələblərinə cavab vermir, iş adamlarının fəaliyyətinə əngəllər törədirdi. Yaranmış vəziyyəti düzgün qiymətləndirən Heydər Əliyev mövcud problemin aradan qaldırılması üçün qısa müddətdə kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur.

Ulu öndərin 1996-cı il iyunun 17-də imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” Fərman bu istqamətdə mühüm sənədlərdən biri kimi xatırlanır. Həmin fərmanın imzalanmasında əsas məqsəd iqtisadi münasibətlərin səviyyəsinə müvafiq olaraq dövlət nəzarəti mexanizmini tətbiq etmək, bu nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq olmuşdur. Fərmanın təsdiqindən bir müddət sonra dövlət nəzarətinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli işlər görülmüş, iqtisadi sahədə bir-birini təkrarlayan, paralel və lüzumsuz yoxlamaların sayı azaldılmış, bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərən halların qarşısı alınmış, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərinin qorunması məqsədilə həm qanunvericilik, həm də inzibatçılıq sahəsində tədbirlər həyata keçirilmişdir.

Beləliklə, Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycanda bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılmış, özəlləşdirmə haqqında qanun qəbul edilmiş, qiymətlər və xarici iqtisadi fəaliyyət liberallaşdırılmış, valyuta bazarı təşəkkül tapmış, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolu məhdudlaşdırılmaqla sahibkarlığın inkişafı üçün əlverişli mühit yaradılmışdır.

İnstitusional islahatlar həyata keçirilməklə, qiymətlərin liberallaşdırılması və əsasən bazar tərəfindən tənzimlənməsi, vergilərin sayının və dərəcələrinin əhəmiyyətli dərəcədə azaldılması özəl bölmənin fəaliyyəti üçün əlverişli imkanlar yaratmışdır. Görülən digər tədbirlər sayəsində ölkədə dövlət-sahibkar münasibətlərini tənzimləyən əsas prinsiplər müəyyənləşdirilmiş, bu münasibətlər institusionallaşdırılmışdır. Bu istiqamətdə ən həlledici addımlardan biri də Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması olmuşdur.

Ümumiyyətlə, Azərbaycanın yeni tarixinə həlledici zaman kəsiyi kimi daxil olmuş 1993-2003-cü illərdə ölkə sabit sosial-iqtisadi inkişaf yoluna qədəm qoymaqla yanaşı, daxili əmin-amanlığına qovuşmuş, dünya birliyinə özünü beynəlxalq hüququn müstəqil subyekti kimi təqdim edə bilmişdir. Bununla da çoxmilyardlı xarici investisiyanın ölkə iqtisadiyyatının müxtəlfi sahələrinə, o cümlədən neft-qaz sektoruna yatırılması təmin edilmiş, sürətli tərəqqiyə xidmət edən islahatlara start verilmiş, dövlətçiliyin əsasları tam şəkildə qurulmuşdur.

Ümummilli liderin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasını yeni əlavələrlə zənginləşdirərək daha modern hala gətirməsi respublikamızın intibahında yeni mərhələ açmışdır. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosial problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan fərman və sərəncamlar iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında Azərbaycanın mövqelərini daha da möhkəmləndirmişdir.

Son illərdə imzalanmış inkişaf konsepsiyaları, strateji yol xətirələri və onlara əlavələr paytaxt və regionların tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını, qeyri-neft sektorunun daha da möhkəmlənməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin etmişdir.

Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlülü olması və problemlərin həllində iqtisadi aspektin ön plana çəkilməsidir. "Müasir dövlət, güclü iqtisadiyyat, yüksək sosial rifah” tezisi əsasında reallaşdırılan iqtisadi siyasət sivil və inkişaf etmiş cəmiyyət quruculuğu sahəsində mühüm uğurların əldə olunmasına imkan yaratmışdır.

Qlobal böhran şəraitində Azərbaycanın iqtisadi dayanıqlılıq nümayiş etdirməsi, ilk növbədə, ölkədə sahibkarlar sinfinin formalaşması və hazırkı inkişaf səviyyəsi ilə izah olunmalıdır. Regionların sosial-iqtisadi inkişafına xidmət edən (2004-2008, 2009-2013, 2014-2018 və 2019-2023-cü illər) dövlət proqramlarının uğurlu nəticələrindən biri də ölkədə daha əlverişli biznes və investisiya mühitinin formalaşması, iş adamlarının fəaliyyət imkanlarının genişlənməsi, bölgələrin istehsal potensialının səmərəli realizə edilməsidir. Həyata keçirilmiş tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılması və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsulda xüsusi çəkisi 83 faizə çatmışdır.

2004-cü il fevral ayının 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri sonrakı mərhələdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur. İnfrastrukturun müasirləşdirilməsi, iş adamlarına istehsalyönümlü müəssisələrin açılması üçün güzəştli kreditlərin verilməsi, investisiyaların cəlbinə mane olan bürokratik amillərin aradan qaldırılması, o cümlədən elektron xidmətlərin həcminin genişləndirilməsi tədbirləri bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Son illər respublika regionlarında müasir tələblərə cavab verən və yüksək texnologiyalarla təchiz olunan yeni sənaye və emal müəssisələrinin istifadəyə verilməsi dünya bazarlarına rəqabətədavamlı məhsulların çıxarılmasına, bütövlükdə ixracın şaxələndirilməsinə imkan yaratmışdır.

Regional inkişaf proqramları ilə yanaşı, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı”, "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında”, "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında”, "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında”, "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında”, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və s. fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir.

Ümumiyyətlə, 2015-ci ildən etibarən sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə Apelyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında "bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; "Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması; Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması; dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması və digər tədbirlər müsbət nəticələr verir.

Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizin inkişafında sahibkarların rolunu yüksək dəyərləndirmişdir: "Dünya dəyişir, vəziyyət dəyişir, qarşımızda yeni çağırışlar dayanır. Ona görə biz daim irəliyə baxmalıyıq ki, ölkəmizi necə inkişaf etdirək və inkişafı dayanıqlı və uzunmüddətli edək. İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergi toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik”.

İlin birinci rübündə ümumi daxili məhsulun 3 faiz, sənaye istehsalının 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalının 15,6 faiz, kənd təsərrüfatının 3,6 faiz, əhalinin gəlirlərinin 5,5 faiz artması, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayənin qoyulması aparılan islahatların uğurlarından xəbər verir. Dövlət başçısının müvafiq sərəncamları ilə ötən aylarda şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilmiş, eyni zamanda müharibə əlillərinin, veteranlarının, şəhid ailələrinin və digər aztəminatlı təbəqələrdən olan vətəndaşların aylıq müavinətləri, tələbə təqaüdləri, minimum əməkhaqqı və pensiyalar artırılmışdır. Vətəndaşların devalvasiyadan sonra banklara yaranmış borclarının müəyyən şərtlər daxilində kompensasiya edilməsi, mavi yanacaqdan istifadəyə görə müəyyən edilmiş limitin artırılması və digər sosialyönümlü addımlar insan amilinin iqtisadi siyasətdə daim öndə olduğunu göstərir.

Dövlət rəhbərinin 2019-cu ilin yanvar ayında Qarabağ müharibəsi şəhidlərinin valideynləri və ailə üzvləri ilə görüşməsi cənab İlham Əliyevin yürütdüyü siyasətin əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinin xüsusi yer tutduğunu göstərir. Ümumiyyətlə, cənab İlham Əliyevin uğurlu diplomatik gedişləri son illər bu məsələnin həllində Azərbaycanın mövqelərini gücləndirmiş, işğalçı Ermənistanın ifşası prosesini sürətləndirmişdir. Bu istiqamətdə aparılan prinsipial siyasət nəticəsində Ermənistanın yeni rəhbərliyinin danışıqlardan yayınmaq, danışıqların formatının dəyişdirilməsi cəhdlərinin qarşısı alınmışdır. 2018-ci il iyulun 11-də Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın prioritetlərinə dair imzalanmış sənəddə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də öz əksini tapmış, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək, hörmət ifadə olunmuşdur.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görülmüşdür. Beynəlxalq reytinqlərə görə, Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ildə dünyada ən güclü 50 ordu sırasında yer tutmuşdur. Bütün bunların nəticəsidir ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi, o cümlədən Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilmiş, dövlət sərhədi boyunca əlverişli yüksəkliklər ələ keçirilmiş, Yerevan-Gorus-Laçın yolu nəzarətə götürülmüşdür.

Xüsusi vurğulamaq lazımdır ki, idarəçiliyin müasirləşdirilməsi, hökumətin fəaliyyətində ictimai rəy amilinin ciddiliklə nəzərə alınması, vətəndaşları narahat edən problemlərin operativ qaydada aradan qaldırılması, şəffaflıq, hesabatlılıq - bütün bunlar yeni mərhələdə dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu ciddi tələblərdir. 2018-ci ilin 11 aprel seçkilərindən sonra novatorluğu ilə fərqlənən gənclərin irəli çəkilməsi idarəetmə sisteminə yeni nəfəs gətirməyə, ümumən idarəçilik sistemində kreativ yanaşmaya səbəb olmuşdur.

Bu islahatların genişləndirilməsində və səmərəli nəticələr verməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri xüsusi qeyd olunmalıdır. Səlahiyyətlərinin icrasına başladığı ilk günlərdən Mehriban xanım Əliyevanın cəmiyyətin həssas təbəqələrinin problemlərinin həllinə xüsusi diqqət göstərməsi deyilənləri təsdiqləyir. Cəmiyyəti narahat edən məsələlərin həlli naminə əzmkarlıqla çalışan, səmərəli təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycanın birinci xanımı dövlət idarəçiliyində də cəmiyyətin sosial-mənəvi, intellektual tərəqqisinə və sağlamlığına xidmət edən islahatlara yeni nəfəs vermişdir. Bu təyinatın cəmiyyətdə birmənalı olaraq dəstəklənməsi və rəğbətlə qarşılanması həm də onunla şərtlənir ki, Mehriban xanım Əliyeva istər ictimai, istərsə də parlamentarizm fəaliyyəti ilə insan amilini daim önə çəkmiş, cəmiyyətin mövcud resurslarının bu yöndə səfərbər olunmasına çalışmışdır.

Xüsusən də onun rəhbəri olduğu Heydər Əliyev Fondu fəaliyyətdə olduğu ötən 15 ildə cəmiyyətdə özünü əlahiddə əhəmiyyətli qurum kimi təsdiqləmiş, neçə-neçə insanın ümid, pənah ünvanına çevrilmiş, ölkə əhəmiyyətli layihələrin reallaşmasına sanballı töhfələrini vermişdir.

Regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri də dinamik inkişaf edir, müasirləşir. Cənab İlham Əliyevin son 15 ildə 20 dəfədən çox Sumqayıtda olması, şəhərin problemləri, qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi şəhərə yüksək diqqətin bariz təzahürüdür. Cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə sürətlə yeniləşən, müasirləşən, bu il 70 illik yubileyini qeyd edən Sumqayıt şəhərində mənəvi iqlim, insanların rifahı yüksəlmişdir.

Son illər təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli bir sıra qlobal layihələrin gerçəkləşdirilməsi məhz bu şəhərlə xeyli dərəcədə bağlıdır. Sumqayıtın inkişaf göstəricilərinin paytaxtla uyğunlaşdırılması dövlət başçısının qarşıda müəyyənləşdirdiyi mühüm vəzifələrdən biridir. Başqa sözlə, Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən Sumqayıtın qısa zaman kəsiyində həm də geniş abadlıq-quruculuq məkanına çevrilməsinin ən ümdə səbəbi şəhərə cənab İlham Əliyev tərəfindən diqqət və qayğının göstərilməsidir. Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir.

Bütün bunlar deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf konsepsiyası uğurla davam etdirilir. Cənab

İlham Əliyev bütün fəaliyyətini insana qayğı və diqqət prinsipi üzərində qurur, sosialyönümlü siyasət strategiyası həyata keçirir.

Bütün bu islahatların aparılmasında qarşıya qoyulan məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu ilin Novruz bayramı münasibətilə xalqa ənənəvi müraciətində də öz əksini tapmışdır: "İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sistemində islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşuq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir”.

Əldə edilən nailiyyətlərin bəhrəsini hər birimiz öz gündəlik həyatımızda görürük. Bu nailiyyətlər Azərbaycan xalqının gələcəyə inamını artırır, xalqımızı ulu öndər Heydər Əliyevin ölməz ideyaları ətrafında daha sıx birləşdirir.

Qüdrət KƏRİMOV,

"Xəzər” QSC-nin sədri, iqtisad elmləri doktoru



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM