Alternative content

21:53 23 May 2019
ONLINE XƏBƏR LENTİ
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mərhəmət və inam ünvanı
Mərhəmət və inam ünvanı
ANA SƏHİFƏ / SİYASƏT
01:29 09.05.2019


Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasından 96 il ötür. Heydər Əliyevin adı müasir və müstəqil Azərbaycan dövlətinin memarı kimi tariximizə qızıl hərflərlə əbədi həkk olunub. Məhz ulu öndərin sayəsində Azərbaycan xalqı həm sovet dövründə, həm də müstəqillik dövründə müasir dövr tarixinin ən mühüm nailiyyətlərinə imza atıb.
Milli Məclisin deputatları bu barədə fikirlərini qəzetimizlə bölüşdülər.


Milli-mənəvi dəyərlərimizə yüksək ehtiramın nümunəsi


Cavanşir PAŞAZADƏ,
Milli Məclisin deputatı:

- Müasir Azərbaycan dövləti tarixinin ən sürətli inkişaf və yüksəliş dövrünü yaşamaqdadır. Eyni zamanda hər birimiz üçün olduqca qürurvericidir ki, bu gün respublikamız Cənubi Qafqazın lideri, dünyanın isə söz sahibi, qətiyyətli mövqeyi olan dövlətlərindəndir. Bütün bu tarixi uğurlarımızın əsası xalqımızın böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyevin liderliyi və müəllifliyi ilə qoyulub. Ona görə Heydər Əliyev epoxası tariximizə əbədi yazılmış dövlətçilik salnaməsidir.

Hələ sovet dövründən bu dahi şəxsiyyətin Azərbaycanda gördüyü nəhəng quruculuq işləri müstəqillik dönəminin ən böyük nailiyyətləri olmaqla ölkə tarixinin müasir dövrü üçün silinməz izlər buraxmışdır. Azərbaycan tarixinin şanlı salnaməsini yaradan, öz mənalı ömrünün böyük bir hissəsini doğma vətəninin və canından əziz bildiyi xalqının iqtisadi tərəqqisi, səadət və xoşbəxtliyi naminə mübarizəyə həsr edən Heydər Əliyevə olan sevgi və məhəbbət təkcə Azərbaycanda yaşayan 10 milyon yurddaşımızın deyil, vaxtilə müxtəlif ictimai-siyasi münaqişələr üzündən doğma vətənlərindən didərgin düşmüş 50 milyon soydaşımızın qəlbində yaşayır.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən respublikanın iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı təxirəsalınmaz islahatlara başladı. Ulu öndər respublikamızda iqtisadi inkişafla yanaşı, milli-mənəvi ruhu yüksəltməklə, azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Bu məqsədlə ulu öndər hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırır, milli heysiyyəti gücləndirmək, insanları şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirləri reallaşdırdı.

Sovet dövründən bu ağır və taleyüklü missiyanı üzərinə götürən Heydər Əliyev müstəqillik dövründə də milli-mənəvi dəyərlərimizin böyük hamisi kimi çıxış etdi. Bu mənada, ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik dövrü təkcə ölkənin siyasi, sosial-iqtisadi, mədəni böhrandan qurtuluşu, demokratik islahatların, hüquqi dövlət quruculuğu proseslərinin uğurla həyata keçirilməsi ilə xarakterik olmadı. Cəmiyyətin milli-mənəvi dəyərlərimizə, o cümlədən islama münasibətinin düzgün və sağlam əsaslarla formalaşdırılmasının əsası da məhz bu dövrdə qoyuldu. Məhz Heydər Əliyevin əsasını qoyduğu sağlam dövlət-din münasibətlərinin nəticəsi olaraq bu gün dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi islam dininin alətə çevrilərək gözdən salınmasına imkan verilmədi. Ölkəmizdə bu sahədə həyata keçirilən siyasət, dövlət-din münasibətlərinin Azərbaycan modeli xalqın və dövlətin maraqları üzərində qurularaq özünün mənəvi saflığı ilə bütün ziyanlı ideologiyaların, arzuolunmaz dini-siyasi məqsədlərin qarşısını alaraq sipər oldu.

Xalqımızın milli-mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi, ölkəmizdə dövlət və din arasında anlaşmanın bütün dünya üçün parlaq bir örnəyinin yaradılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mühüm nailiyyətləri sırasında yer alır. Bütün bunlar dünyada islam həmrəyliyinin gücləndirilməsinə, beynəlxalq səviyyədə islam dəyərlərinin müdafiəsinə böyük töhfə verir. Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz tolerantlıq, multikulturalizm və dini maarifləndirmə ilə bağlı regional və beynəlxalq konfransların, yüksəksəviyyəli forumların keçirildiyi əsas məkana çevrilib. Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən siyasət dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və yüksək qiymətləndirilir.

Ölkədə son illərdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri müqəddəs dini ocaqlarımızdan da yan ötməyib. Prezident İlham Əliyev tarixi-mədəni irsimizin yaşadılmasına və milli-mənəvi dəyərlərimizin dirçəldilməsinə qayğı ilə yanaşaraq bu məqsədlə son 15 ildə dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına böyük diqqət ayırıb. Bunun nəticəsidir ki, Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Eramızın 743-cü ilində inşa olunan və Cənubi Qafqazda, eləcə də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncədəki "İmamzadə” dini-mədəniyyət kompleksində təmir-bərpa işləri aparılıb. Bütün bunlar bir daha göstərir ki, Prezident

İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli-mənəvi dünyasına daha çox bağlı olsunlar. Son illərdə Bakıda Azərbaycanın ən böyük məscidi olan Heydər məscid-kompleksinin, işğaldan azad olunmuş Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan yeni məscidin inşa olunması dövlətimizin mənəvi dəyərlərə verdiyi önəmin təsdiqidir.

Xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması bu günlərdə fəaliyyətə başlamasının 15-ci ili tamam olan Heydər Əliyev Fondunun da fəaliyyətində prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyətin bir istiqamətini də məhz mənəvi dəyərlərimizin dünyada təbliği və islam həmrəyliyinin möhkəmləndirilməsi təşkil edir. Bu məqsədlə fondun təşəbbüsü və təşkilatçılığı ilə indiyədək bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi orta məktəbin yenidən qurulması layihəsi də məhz islam həmrəyliyinə xidmət edir. Bu istiqamətdə genişmiqyaslı və fədakar fəaliyyətinə, islam aləmində görülən işlərə böyük dəstəyinə görə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva hələ 2006-cı il noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.

Ölkəmizdə təhsilin və səhiyyənin inkişafına dəstək verməklə, xeyriyyəçilik tədbirləri, eləcə də Azərbaycanın dünyada təbliğinə xidmət edən layihələr həyata keçirməklə yanaşı, tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Bu da ondan irəli gəlir ki, ölkəmizdə tarixən formalaşmış tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl bir ənənəyə çevrilib. Heydər Əliyev Fondu isə fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir.

Uğurla həyata keçirilən "Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizdəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılıb. Şamaxı Cümə məscidi də Heydər Əliyev Fondunun "Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində yenidən qurulmuşdur. Bundan başqa, Mərdəkanda və Buzovnada Cümə məscidlərinin, Pir Həsən ziyarətgahının və Comərd Qəssab türbəsinin yenidən qurulması, Cavad xanın məqbərəsinin inşası, Tbilisidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin qəbirüstü abidələrinin, Gəncə qapılarının yenidənqurulması, Moskvada Mirzə Fətəli Axundzadənin, Romada Nizami Gəncəvinin abidəsinin qoyulması Heydər Əliyev Fondunun milli və mənəvi dəyərlərimizin qorunmasına, mədəniyyətimizin inkişafına yönəlmiş fəaliyyətinin ayrı-ayrı nümunələridir.

Bütövlükdə, milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı ölkədə görülən işlər onu deməyə əsas verir ki, Heydər Əliyevin ideyaları layiqincə davam etdirilir. Bu sahədə həyata keçirilən hər bir tədbir həm də cəmiyyətimizdə Azərbaycan dövlətinin mütərəqqi siyasətini tam qabarıqlığı ilə əks etdirən sağlam mənəvi durumun təzahürüdür.


Rəşad CƏFƏRLİ,
"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM