Alternative content

19:58 15 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
00:31 15.12.2019 Təbiətin Səttar rəngi
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Fuji optikal” dostluğa sədaqətlidir
“Fuji optikal” dostluğa sədaqətlidir
ANA SƏHİFƏ / Səhiyyə
01:16 09.05.2019


Xəbər verildiyi kimi, BMT Qaçqınların Ali Komissarlığının özəl donorlarından olan "Fuji Optikal” şirkətinin Azərbaycanla dostluq əlaqələrinin 15 illiyi münasibətilə mayın 6-da Bakıda dövlət rəsmilərinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti və mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli tədbir keçirilmişdir.

Ertəsi gün yaponiyalı həkimlər öz xeyirxah missiyalarını həyata keçirmək üçün bölgələrə getmişlər. Onlar mayın 7-13-də Yevlax, Goranboy və Bakı şəhərlərində altı gün məcburi köçkünləri müayinə edib, tibbi xidmət göstərəcəklər.

Srağagün və dünən onlar Yevlax şəhərindəki qaçqın və məcburi köçkünlər üçün inşa edilmiş yaşayış məhəlləsində sakinləri müayinə etmişlər.

Ağdam rayonundan olan məcburi köçkün Nazeykə Bəşirova müayinə olunduqdan sonra təəssüratını bizimlə bölüşərək dedi:

- Gözlərimi müayinə edən həkimin səmimiyyəti, mehribanlığı məni heyran etdi. Min kilometrlərlə məsafəni qət edib çətinə, dara düşən insanlara qayğı göstərmək alqışa layiq insanpərvərlikdir. Bizim nankor qonşularımız olan erməni faşistləri kəndlərimizi, şəhərlərimizi odlara qalayıb, evlərimizi viran qoyub. Günahsız insanların qanını töküb, qocaları, qadınları, uşaqları qətlə yetirib. Bir sözlə, insanlığa yaraşmayan vəhşiliklər törədiblər. Dünyanın o başından gələnlər isə qayğımıza qalır, yaramıza məlhəm olurlar. Yapon həkimlərin bizə təmənnasız olaraq göstərdikləri yardım isə bəşəri dəyərləri uca tutan bir millətin böyüklüyüdür.

Bəsti Abbasquliyeva (Şuşa), Elman Yusifov (Ağdam), Lətafət Babayeva və başqaları da müayinədən sonra onlara təyin edilən eynəkləri alıb yaponiyalı həkimlərə minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, "Fuji Optikal” şirkətinin sədri və baş icraçı direktoru olan doktor Akio Kanaini Azərbaycanla sıx dostluq əlaqələri bağlayır. O, dəfələrlə ölkəmizdə xeyriyəçilik missiyaları həyata keçirib. 2006-cı ildə "Nansen Qaçqın mükafatı” kimi ona verilmiş vəsaiti BMT-nin Qaçqınların Ali Komisarlığına bağışlayıb. Bu vəsait Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış Xocavənd rayonundan olan məcburi köçkün icmasının su təchizatının yaxşılaşdırılması layihəsinin maliyyələşməsinə xərclənib. Bu xeyirxah insan "Yomiuri-Şinbon beynəlxalq Əməkdaşlıq” adlı mükafatdan aldığı 44 min ABŞ dolları həcmində vəsaiti isə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmış məcburi köçkünlərin istifadəsi üçün kənd təsərrüfatı texnikasının alınmasına sərf edib.

Lazım QULİYEV,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM