08 May 2019 21:27
527
CƏMİYYƏT
A- A+

Ümummilli lider Heydər Əliyevin xatirəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında anılıb


Mayın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin həyatı boyunca Azərbaycan naminə göstərdiyi xidmətlər misilsizdir. Bu görkəmli şəxsiyyətin onilliklər ərzində Vətənə, xalqa xidmətinin cövhərində böyük mənəviyyat sahibi olması dayanır. Milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarımızı azərbaycançılıq məfkurəsi ətrafında səfərbər etməklə Ulu Öndər Azərbaycan dövlətçiliyinin sarsılmaz əsaslarını yaradıb. Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü, bu illər ərzində xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ölkənin çətin dövründə - 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev məhz xalqın dəstəyinə arxalanaraq qəbul etdiyi qərarlarla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.

S.Möhbalıyev xalqımızın öz dahi oğlunu, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən edən, onun həyata keçirilməsi üçün mühüm addımlar atan müdrik siyasətçini unutmadığını və heç zaman unutmayacağını vurğulayıb.

Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycanın bu gün etibarlı əllərdə olduğunu qeyd edən AHİK sədri ümummilli lider Heydər Əliyevin əsasını doyduğu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsində Azərbaycanın dünyada nüfuzu artıb, ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməklə diqqəti özünə cəlb edib. Bu gün Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər Ulu Öndərin başlatdığı yolun davamının sübutudur.

Digər çıxış edənlər Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, dahi öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək nailiyyətlər əldə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video