Alternative content

18:20 18 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
00:40 18.08.2019 İsgəndəriyyə mayakı
00:38 18.08.2019 Milli ruhlu yazıçı
00:26 18.08.2019 Unutmaq mərəzi...
00:25 18.08.2019 Güclü immunitetin sirri
"BAKI-2019" TARİXƏ QOVUŞAN ANLAR
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəstəkarlar İttifaqında “Heydər Əliyev Fondunun 15 illiyi – Ümummilli Liderin ideyaları işığında” mövzusunda konfrans keçirilib
Bəstəkarlar İttifaqında “Heydər Əliyev Fondunun 15 illiyi – Ümummilli Liderin ideyaları işığında” mövzusunda konfrans keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
16:33 08.05.2019

Mayın 8-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun fəaliyyətinin 15 illiyinə həsr edilmiş "Heydər Əliyev Fondunun 15 illiyi – Ümummilli Liderin ideyaları işığında” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə konfransın əhəmiyyəti barədə məlumat verib.

Bildirilib ki, Bəstəkarlar İttifaqı görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə böyük ehtiramla yanaşır. Bəstəkarlar İttifaqının Azərbaycan musiqisinin inkişafına və təbliğinə yönəlmiş yorulmaz fəaliyyəti xalqımızın musiqi mədəniyyəti tarixində ən parlaq səhifələrdən biridir. Hər il may və dekabr ayılarında Bəstəkarlar İttifaqında Ulu Öndərin adı ilə bağlı musiqi tədbirləri keçirilir. Heydər Əliyevin nurlu obrazı bəstəkarları yeni əsərlər yaratmağa, sənətşünasları Ulu Öndərin şəxsiyyətinin və ideyalarının milli musiqi sənətinin inkişafı üçün əhəmiyyətinin açıqlanmasına həsr edilmiş yeni elmi araşdırmalara ruhlandırır.

Diqqətə çatdırılıb ki, Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafı barədə dəyərli ideyaları onun adını daşıyan fondun fəaliyyətinin əsasını təşkil edir. 2004-cü ildə yaradılmış və ölkəmizin birinci xanımı, Azərbaycan Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu milli incəsənətin ən yaxşı nümunələrinin qorunub saxlanması, onun nailiyyətlərinin artırılması və dünya miqyasında təbliği işində əsası Ümummilli Lider tərəfindən qoyulmuş ənənələri ləyaqətlə davam etdirir.

"Azərbaycan Bəstəkarlar İttifaqı haqlı olaraq qürur duyur ki, Heydər Əliyev Fondunun bütün musiqi layihələrində onun sədaqətli köməkçisi olub. Bəstəkarlar İttifaqının üzvləri bu layihələrdə bilavasitə və fəal iştirak edirlər. "Heydər Əliyev Fondunun 15 illiyi – Ümummilli Liderin ideyaları işığında” mövzusunda elmi-praktik konfrans bunu bir daha sübut edəcək”, - deyə qeyd edilib.

Sonra Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov ("Üzeyir dünyası” layihəsi haqqında), Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva ("Muğam ensiklopediyası” layihəsində iş (rus dilində), sənətşünaslıq doktoru, professor Cəmilə Həsənova ("Muğam dünyası” beynəlxalq musiqi festivalı layihəsi haqqında), sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı ("Fikrət zirvəsi” layihəsi haqqında) məruzələrlə çıxış ediblər.

Məruzələrdə Bəstəkarlar İttifaqı ilə Fondun fəaliyyəti arasında sıx əlaqə öz əksini tapıb.

Konfransda, həmçinin Heydər Əliyev Fondunun qlobal musiqi layihələrində Bəstəkarlar İttifaqının iştirakını əks etdirən videoçarx təqdim olunub.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM