08 May 2019 14:59
1683
PARLAMENT
A- A+

Zviad Dzidziquri: Azərbaycan-Gürcüstan dostluğu sarsılmazdır


Mayın 8-də Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycanın və Gürcüstanın strateji tərəfdaşlar olduğunu bildirib. Qeyd edib ki, ölkələrimiz arasında dövlət başçıları, hökumətlər və parlamentlər səviyyəsində yaxşı əlaqələr var.

Bildirilib ki, Azərbaycanın və Gürcüstanın geosiyasi mövqeyinə əsasən burada baş verən proseslər Avropada və digər yerlərdə öz nəticəsini göstərir. Azərbaycan karbohidrogen ehtiyatlarını Avropaya Gürcüstan vasitəsilə nəql edir. Bu da hər iki dövlətin əhəmiyyətini olduqca artırır.

Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun sədri Zviad Dzidziquri deyib ki, parlamentlərarası əlaqələr bizim üçün çox mühümdür. Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu əlaqələrin inkişafinda fəaldir. Gürcüstan tərəfi də əlaqələrin inkişafı üçün addımlar atır. Gürcüstanın və Azərbaycanın ortaq dəyərləri var. Bizim problemlərimiz də ortaqdır. Bunlardan biri də ərazi bütövlüyü məsələləridir. Bu problemləri bir-birimizə dəstək olaraq həll edə bilərik. Gürcüstanla Azərbaycan müxtəlif iqtisadi layihələrdə birgə iştirak edir. Ölkələrimizin və xalqlarımızın dostluğu sarsılmazdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video