Alternative content

04:06 24 May 2019
ONLINE XƏBƏR LENTİ
02:34 24.05.2019 İlk dəfə
02:24 24.05.2019 Sabahın qurucuları
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalayıb
Azərbaycan Beynəlxalq Maliyyə Korporasiyası ilə 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:50 08.05.2019

Mayın 8-də Bakıda Azərbaycan İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsinin icrasına dair Azərbaycan hökuməti ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov layihənin tərkib hissəsi olan, imzalanması nəzərdə tutulan saziş və memorandumların icrası üzrə tədbirlərin 2020-ci ilin sonunadək başa çatdırılmasının nəzərdə tutulduğunu deyib. Bildirib ki, bu tədbirlər İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət katibliyi və Avstriyanın Maliyyə Nazirliyi tərəfindən maliyyələdiriləcək. Biznes mühitinin əlverişliliyinin daha da artırılması, xüsusilə azad rəqabət mexanizminin inkişafı və bu sahədə şəffaflığın yüksəldilməsi üzrə həyata keçirilən kompleks tədbirlər çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq əlaqələrinin yeni mərhələyə çatdırılması və daha da genişləndirilməsi ilə bağlı ölkə başçısının tapşırığı ilə biznes mühiti və beynəlxalq reytinq və komissiyalar daxilində müvafiq dövlət qurumlarının və IFC-ni təmsil edən xüsusi işçi qrupu yaradılıb.

İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simon Haberli qeyd edib ki, sağlam biznes mühiti və əlverişli investisiya şəraiti özəl sektorun inkişafı və iqtisadi artım üçün əsas şərtlərdir: "Biz davam edən islahatların indiki mərhələsində şahidi oluruq ki, özəl sektorun inkişafı Azərbaycan üçün əsas prioritetdir və ölkə rəhbərliyinin tam dəstəyindən yararlanır. İsveçrə bundan sonra Azərbaycan hökumətinin yeni iqtisadi model yaratmaq cəhdlərini dəstəkləməyə hazırdır”.

"Dayanıqlı və davamlı iqtisadiyyat qurmaq üçün ölkə yeni artım mənbələrindən yararlanmalıdır. Hökumətin bu istiqamətdə addımları bizi sevindirir. Bizim məsləhətçi proqramımız yerli bizneslərə böyüməkdə və xarici investisiyaları cəlb etməkdə dəstək verməyə, tənzimləmə normalarını yerli və özəl şirkətlər üçün daha rahat etməyə yönəlir. Bu tədbirlər sahibkarlıq subyektlərinə öz fəaliyyətlərini genişləndirməyə və daha çox sayda iş yerlərini açmağa kömək edir", - deyə IFC-nin Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə baş regional rəhbəri Yan Van Bilsen diqqətə çatdırıb.

Qeyd edək ki, IFC Azərbaycan hökuməti ilə 3 əməkdaşlıq sazişi və 3 anlaşma memorandumu imzalayaraq iqtisadiyyatın şaxələndirilməsinə və iş yerlərinin açılmasına yardım etmək məqsədilə ölkənin investisiya mühitini yaxşılaşdırmaq və aqrobiznesin rəqabətliliyini artırmaq səylərini dəstəkləyəcək. Əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasətini icra etməyə yardım edəcək.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM