08 May 2019 14:32
1040
Səhiyyə
A- A+

DST: Zəhərli ilanların sancması nəticəsində hər gün təqribən 380 adam ölür


Hər il 138 min adam ilan sancması nəticəsində ölür.
AZƏRTAC xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı (DST) bu göstəricini azaltmağa yönəlmiş yeni strategiya təqdim edib. Bu strategiyanın əsas elementləri padzəhərlərin əlçatan olması və əhalinin bu maddələrin təhlükəli olması barədə məlumatlandırılmasıdır.

DST-nin məlumatına görə hər il dünyada 5,8 milyon insanı ilan sancır. Bu ilanların yarısı zəhərlidir. İlan zəhərinin təsirindən hər gün 220-380 adam, yəni hər il 80-138 min nəfər həyatını itirir.

İlanların əsas qurbanları Asiya və Afrika ölkələrindəki yoxsul kənd icmalarından olan uşaqlar və fermerlərdir. Bu ölkələrdəki tibb məntəqələrinin təchizat səviyyəsi adətən çox aşağı olur.

Bir sıra ölkələrdə zəruri antitoksinlər ümumiyyətlə yoxdur və ya olan antitoksinlər təsiri zəifdir. Hətta ilan sancmasından sonra sağ qalanlar da çox vaxt əlil olur – onların ətraflarını amputasiya etmək lazım gəlir.

DST-nin elan etdiyi yeni strategiya zəhərli ilanların sancması ilə əlaqədar ölüm hallarını və ya əlillik miqyasını 12 il ərzində ikiqat azaltmağa kömək etməlidir. Bu strategiya zəhərli ilanların görkəmi, padzəhərlərdən istifadə qaydaları və onları haradan almaq mümkün olması barədə insanların məlumatını artırmalıdır. DST bu yeni strategiya çərçivəsində diaqnostika metodlarının yaxşılaşdırılması və yeni, daha səmərəli padzəhərlər yaradılması sahəsində tədqiqatlara kömək edəcək. Strategiya mayın 23-də Cenevrədə Kosta-Rika və Nigeriya nümayəndələri tərəfindən rəsmən təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video