08 May 2019 12:56
1103
Təhsil
A- A+

Lightsource BP şirkətinin icraçı direktoru Nik Boyle Bakı Ali Neft Məktəbində


Bakı Ali Neft Məktəbinin (BANM) professor-müəllim heyəti və tələbələri ilə Lightsource BP şirkətinin baş icraçı direktoru Nik Boylenin görüşü keçirilib. Görüşün əsas məqsədi günəş enerjisindən səmərəli istifadə sahəsində görülmüş işlər haqqında BANM tələbələrinə məlumat vermək, şirkətin gələcəkdə Azərbaycanda fəaliyyətinin perspektivlərini müzakirə etməkdir. Görüşdə BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli də iştirak edib.

BANM-in rektoru Elmar Qasımov qonağı Ali Məktəbdə görməkdən məmnun olduğunu bölüşüb və bildirib ki, günəş enerjisi ilə işləyən bu cür şirkətlər elmi nailiyyətlərini biznesə çevirməyi bacarır, qloballaşan dünyada belə təcrübələr tələbələr və günəş enerjisi ilə çalışan ekspertlər üçün faydalı ola bilər.

Lightsource BP şirkətinin icraçı direkroru Nik Boyle deyib ki, şirkət günəş panelləri (fotoelektrik) layihələri üzrə ixtisaslaşıb. O bildirib ki, hər kəsin davamlı enerji qaynaqlarına çıxışı olmalıdır və tükənməyən günəş enerjisi əvəzsizdir. N. Boyle əlavə edib ki, şirkətin əməkdaşları aşağı karbon keçidini sürətləndirib dünya səviyyəsində günəş enerjisinin artımına nail olur. Onun sözlərinə görə, şirkətin əsas hədəfi 2023-cü ilədək dünya miqyasında günəş enerjisinin ən azı 10 GVt yerləşdirməklə qlobal enerji təhlükəsizliyinin gələcəyinin formalaşmasında mühüm rol oynamaqdır.

Görüş zamanı tələbələrin də sualları cavablandırılıb. Görüşün sonunda qonaqlarla xatirə fotosu çəkilib. Rektor Elmar Qasımov Nik Boyleni "Fəxri qonaq plaketi” ilə mükafatlandırıb və qonaqlar BANM-ın kampusu ilə daha yaxından tanış olublar.

Böyük Britaniyanın BP şirkətinin ortaqlarından olan Lightsource BP əsasən günəş panelləri (fotoelektrik) layihələrinin uzunmüddətli idarəetməsi, inkişafı və maliyyələşdirilməsində qlobal liderdir. Şirkət əsasən kommunal xidmətlər, təhsil, şəhərlər və hökumətlər, korporasiyalar və sənaye, torpaq və kənd təsərrüfatı sahələri ilə davamlı işləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video