Alternative content

19:18 20 Avqust 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV UEFA Çempionlar Liqası: “Liverpul” “Barselona”ı məğlub edərək finala vəsiqə qazanıb
UEFA Çempionlar Liqası: “Liverpul” “Barselona”ı məğlub edərək finala vəsiqə qazanıb
ANA SƏHİFƏ / İDMAN
11:51 08.05.2019

UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, səfərdə İspaniyanın "Barselona” komandasına 3:0 hesabı ilə məğlub olan İngiltərənin "Liverpul” klubu bu dəfə doğma azarkeşlər önündə cavab görüşünə çıxıb. İlk dəqiqələrdən ruh yüksəkliyindən istifadə edən meydan sahibləri rəqibin qapısı qarşısında təhlükəli hücumlar yaradıblar. Onlar matçın 7-ci dəqiqəsində hesabı açıblar. Divok Oriqi fərqlənib - 1:0. Hücumların kəsərin azaltmayan Mersesayd təmsilçisi fasiləyə kimi rəqibin qapıçısını bir neçə dəfə narahat edib. Buna baxmayaraq birinci hissə ingilislərin minimal hesabla üstünlüyü ilə başa çatıb.

Qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsində "Liverpul” komandası hesabı artırıb. Belə ki, Aleksander Alnordun cinah ötürməsini Corginio Vijnaldum dəqiq zərbə ilə tamamlayıb - 2:0. Qoldan 2 dəqiqə sonra "Liverpul” hesab arasındakı fərqi üç topa çatdırıb. Corginio Vijnaldum dəqiq baş zərbəsi ilə üçüncü qolu vurub - 3:0. Oyunun 79-cu dəqiqəsində "Liverpul” klubu sensasiya yaradaraq katalonyalıların qapısından dördüncü dəfə topu keçirib. Müdafiəçilərin səhvini oyunda dublunu rəsimləşdirən Divok Oriqi bağışlamayıb. Qalan dəqiqələrdə "Barselona” klubunun cəhdlərinə baxmayaraq "Liverpul” komandası qapısını toxunulmaz saxlayaraq UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün finalına vəsiqə qazanıb.

Mərhələnin ikinci yarımfinalı Hollandiyada təşkil olunacaq. "Ayaks” İngiltərənin "Tottenhem” komandasını qəbul edəcək. Bu komandalar arasında İngiltərədə baş tutan görüşdə "Ayaks” 1:0 hesabı ilə qalib gəlmişdi.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM