08 May 2019 02:56
780
SİYASƏT
A- A+

Çoxmədəniyyətlilik Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir


V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirildi ki, Bakıda tərəfdaşlıq, əməkdaşlıq ruhu, böyük imkanlar var


Azərbaycanın dünyanı silkələyən və əslində isə hədələyən terrorizm və ekstremizmə qarşı birgə mübarizənin önündə getdiyini və bu məsələdə beynəlxalq təşkilatları bir araya gətirməsi artıq ənənə halını alıb. Beynəlxalq tədbirlərdə dəfələrlə səsləndirildiyi kimi, Bakıda tərəfdaşlıq, əməkdaşlıq ruhu, böyük imkanlar var.

Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüslər daim yeni imkanlar yaradır. Bu gün dünyada gedən proseslər, əksər hallarda narahatedici situasiyalar tələb edir ki, beynəlxalq dialoqa daha böyük diqqət yetirilsin. Dünyanın əksər ölkələrini eyni məqsəd uğrunda bir araya toplayan beynəlxalq tədbirlər bu baxımdan aktuallığı ilə seçilir. Paytaxt Bakı belə beynəlxalq tədbirlərə evsahibliy ilə diqqəti cəlb etməkdədir.

Çox da uzaq olmayan tarixə nəzər salmaqla deyə bilərik ki, terrorizmin konkret təzahürü "Ərəb baharı” inqilablarının iflası ilə başladı. Yaxın Şərq və Şimali Afrikada vətəndaş müharibələrinin şahidi olduq. Suriya, İraq, Yəmən, Somali, Sudan, Liviya, Sinay və Afrika səhrası kimi yerlərdə sözlə ifadə edilə bilməyən dəhşətlər törədildi. Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, həm də İslamın ikinci din kimi qəbul edildiyi Qərbi Avropa ölkələrində Qərb və müsəlman icmaları arasındakı uçurum dərinləşir ki, bu da çox təhlükəlidir.

May ayının 2-də "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı ilə keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bəşəriyyəti narahat edən problemlərin həlli yollarının araşdırılması baxımından əhəmiyyəti çox böyükdür. Beynəlxalq təşkilatların, dünyanın nüfuzlu və aparıcı dövlətlərinin yüksəksəviyyəli rəsmilərinin iştirak etdiyi V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini iki gün ərzində müxtəlif istiqamətdə davam etdirdi.

Plenar iclaslarda "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması”, "Gənclərdən nə öyrənə bilərik: sülhü təşviq etmək və müxtəlifliyi əhatə etmək məqsədilə inklüziv yanaşmaların müzakirəsi”, "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi”, "Gənclərin məşğulluğu və peşə təhsili: ayrı-seçkilik və bərabərsizlik əleyhinə innovativ yanaşmalar”, "Bərabər vətəndaşlıq hüquqlarının dəstəklənməsi üçün daha böyük mənəvi yaxınlaşma istiqamətində irəliləyək”, "Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” kimi ümumbəşəri mövzular diqqət mərkəzində saxlanıldı.

Mayın 3-də forum çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil ediən "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti” mövzusunda növbəti sessiya keçirildi. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycandakı multikultural mühit barədə məlumat verildi. BBMM-in Himayəçilik Şurasının sədri Kamal Abdullayev multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu vurğuladı. Qeyd edildi ki, Azərbaycanda dinlərarası harmoniya, eləcə də qədim tolerantlıq və multikulturalizm ənənələri mövcuddur. Əhalisinin əksəriyyəti müsəlman olan ölkəmizdə İslamla yanaşı, digər dinlərə mənsub insanlar qarşılıqlı anlaşma, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayırlar. Azərbaycanda tarixən mövcud olan bu ənənələrin qorunması və inkişafı, eləcə də multikultural dəyərlərin təbliği ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının fikrincə, multikulturalizmin təbliği dini dəyərlərin, Azərbaycanda yaşayan müxtəlif etnik qruplardan ibarət xalqımızın tarixinin, mədəniyyətinin təbliği olmaqla yanaşı, həm də bütün dünyaya verdiyi sevgi, mərhəmət mesajıdır.

Tədbir iştirakçıları Azərbaycanın multikulturalizm ənənələri barədə sessiyada ətraflı məlumatlandırıldı. Ölkəmizdə mövcud müxtəlif dini icmalar, dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası və bu sahədə dövlət siyasətindən bəhs edildi.

ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Los-Anceles Xristian Dini Mərkəzinin rəhbəri, yepiskop Xuan Karlos Mendez, Kolumbiya ştatının Vaşinqton Hüquq Assosiasiyasının məsləhətçisi Janna Skot və başqaları ölkəmizdəki multikulturalizm mühitinin bütün dünyaya nümunə olduğunu xüsusi qeyd etdilər. O da vurğulandı ki, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Bu isə dövlət siyasətinin tərkib hissəsidir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video