08 May 2019 02:34
846
Təhsil
A- A+

Dövlət təhsil müəssisələrinə lisenziyalar pulsuz veriləcək


Dövlət məktəbəqədər təhsil müəssisələri və ümumi təhsil müəssisələrinə lisenziya verilməsinə görə dövlət rüsumu alınmayacaq.

Hazırda qüvvədə olan qanun layihəsinə görə, məktəbəqədər təhsil müəssisələri lisenziya verilməsinə görə 1250 manat, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) isə 10 000 manat dövlət rüsumu ödəməlidirlər.

Bu, "Dövlət rüsumu haqqında” qanuna təklif edilən yeni dəyişikliklərdə öz əksini tapıb. Sənəd dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Ziyad Səmədzadə gündəliyə daxil olan 8 məsələni təqdim edərək bildirib ki, hər bir sənədə vacib dəyişikliklər təklif edilir.

"Dövlət rüsumu haqqında” qanuna təklif edilən digər dəyişikliklər isə ali, ümumi və məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası ilə bağlıdır. Belə ki, bu müəssisələrin akkreditasiyadan keçirilməsinə görə rüsum tutulacaq. Qanun layihəsinə əlavə edilən 32-1 maddəsinə əsasən, akkreditasiyadan keçirilmə ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrindən 3000 manat, ümumi təhsil müəssisələrindən 5000 manat, məktəbdənkənar təhsil müəssisələrindən 7000 manat, peşə təhsili müəssisələrindən 10 000 manat, orta ixtisas təhsili müəssisələrindən 15 000 manat, ali təhsil müəssisələrindən 20 000 manat, təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdən 15 000 manat dövlət rüsumu tutulacaq.

Sonra iclasda "Texniki tənzimləmə haqqında” qanun layihəsinin ikinci oxunuşda və "Standartlaşdırma haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirələri başlanılıb. Layihələr barədə məlumat verən Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev bildirib ki, 4 fəsil 18 maddədən ibarət olan qanun layihəsi insanların həyat və sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsi, istehlakçıların hüquqlarının və qanuni maraqlarının müdafiəsi, eləcə də istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini, tətbiqi qaydalarını müəyyən edir. Texniki tənzimləmə ilə bağlı sənəd dünyanın ən qabaqcıl ölkələrinin təcrübəsinə istinad edilərək hazırlanıb. "Standartlaşdırma haqqında” qanun layihəsi ötən iki oxunuşun müzakirələrindən sonra daha da təkmilləşdirilib.

Müzakirələrdə çıxış edən deputat Əli Məsimli qanun layihəsinin kifayət qədər mükəmməl hazırlandığını və bir çox mühüm məsələləri özündə əhatə etdiyini diqqətə çatdırıb.

İclasda "Hesablama Palatası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən Hesablama Palatasının fəaliyyət istiqaməti genişləndirilir. Palatanın fəaliyyət istiqamətləri ilə bağlı qanunun 6.0.2. bəndinə təklif olunan dəyişikliyə görə, bu qurum büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi və Vergi Məcəlləsində nəzərdə tutulmuş güzəşt və azadolmalar da daxil olmaqla, icmal büdcəsinin, o cümlədən dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və icrasına dair rəy verəcək. Təklif olunan digər dəyişikliyə görə, Hesablama Palatasının inzibati xətalar haqqında işlərə baxması və inzibati tənbeh tətbiq etməsi hüquqları ləğv edilir.

Qısa müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.

R.BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video