07 May 2019 23:34
702
Mədəniyyət
A- A+

UNESCO-da Azərbaycanın Qoşulmama Hərəkatına gələcək sədrliyi çərçivəsində caz konserti təşkil olunub



Parisdə UNESCO-nun mənzil-qərargahında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə "Caz sülhün xidmətində” adlı konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin cari ilin oktyabrından Qoşulmama Hərəkatında başlanacaq sədrliyi çərçivəsində təşkil edilmiş konsert Multilateralizm və Diplomatiya sülhün xidmətində və Beynəlxalq Caz Günlərinə həsr edilib.

Əvvəlcə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış edərək, tədbirə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna və onun rəhbəri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib. O, ölkəmizin Qoşulmama Hərəkatında rolu barədə məlumat verib. Qeyd edib ki, 2011-ci ildə bu quruma qoşulan ölkəmiz qısa bir zamanda üzv dövlətlərin rəğbətini qazanıb. Buna görə də təşkilata sədrlik 2019-cu ilin oktyabrından üç il müddətinə ölkəmizə etibar edilib.

A.Kərimov vurğulayıb ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına yeni ruh vermək, onu canlandırmaq və dünyada sülhün bərqərar olması üçün səylərini əsirgəməyəcək. Caz konsertinin sülhə həsr edilməsi də məhz Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasətdən və dünyanın sülhə olan ehtiyacından qaynaqlanır.

Daimi nümayəndəliyimizin rəhbəri diqqətə çatdırıb ki, caz hamı tərəfindən qəbul olunmuş musiqi janrı olmaqla birləşdirici qüvvəyə malikdir. Caz bədii ifadə formasından əlavə insanlar və xalqlar arasında dostluğu, əməkdaşlığı, dialoqu və sülhü təqlin edir. Məhz bu səbəbdən də konsertə müxtəlif qitələri təmsil edən Azərbaycan, Mali və Venesuelanın tanınmış caz ustaları dəvət edilibdir. Üç ölkənin musiqiçilərinin bir səhnədə yer alması məhz birliyə və dostluğa çağırışdır.

UNESCO yanında Qoşulmama Hərəkatı qrupunun sədri, Venesuelanın qurumdakı daimi nümayəndəliyinin rəhbəri Hektor Konstan Rozales, Malinin daimi nümayəndəliyinin rəhbəri Omar Keita və UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika üzrə müavini Eduard Firmin Matoko çıxış edərək ölkəmizə bu cür konsertin təşkilinə görə təşəkkür ediblər. Azərbaycanın UNESCO ideyalarının, sülhün, multilateralizmin və caz musiqisinin təbliği üçün apardığı fəaliyyəti yüksək qiymətləndiriblər. Bildiriblər ki, caz sülhü, dialoqu və əməkdaşlığı təşviq etdiyi üçün bu mövzuda konsertin keçirilməsi təqdirəlayiqdir.

Çıxışlardan sonra Azərbaycanın Əməkdar artisti Tünzalə Ağayevanın, dünyada məşhur olan Mali caz ustası Şeyk Tidian Sekin və Venesuelanı təmsil edən Avila kvartetinin konserti olub. Azərbaycanlı müğənni "Sarı gəlin”, "Reyhan”, "Gül açdı” xalq mahnılarını, eləcə də özünün bəstələrini ifa edib. Konsertin sonunda birlik və sülh mesajı vermək üçün hər üç ölkənin musiqiçiləri birlikdə mahnı ifa ediblər.

Konsertdən sonra Azərbaycan daimi nümayəndəliyinin təşəbbüsü ilə 14 ölkənin - Əfqanıstan, Banqladeş, Boliviya, Kuba, İndoneziya, Qatar, Pakistan, Fələstin, Tailand, Zambiya, Mali, Səudiyyə Ərəbistanı və Venesuela- milli mətbəxlərindən ibarət ziyafət verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video