07 May 2019 21:32
551
SİYASƏT
A- A+

Avropa Şurasının nümayəndə heyəti Ombudsman Aparatında olub


İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Avropa Şurası Katibliyinin Siyasi Məsələlər Direktorluğunun rəhbəri Aleksandr Qesselin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müvəkkil bildirib ki, 2001-ci ildə Avropa Şurasına (AŞ) üzv qəbul edilməklə Azərbaycan üzərinə bir sıra öhdəliklər götürüb. Bu öhdəliklərin icrası yalnız AŞ ilə əməkdaşlıq naminə deyil, eyni zamanda, dövlətimizin maraqları, onun demokratikləşdirilməsi, insan hüquqlarının daha etibarlı təmin edilməsi, ölkədə Avropa dəyərlərinin tam şəkildə bərqərar edilməsi üçün həyata keçirilir. O, sözügedən qurum qarşısında götürülən öhdəliklərdən biri kimi ölkədə ilk Ombudsman təsisatının yaradılması, çoxşaxəli fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.

E.Süleymanova Ombudsman təsisatının digər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin qurumları, Avropa İttifaqı, ATƏT ilə əməkdaşlığı barədə danışıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il fevralın 10-da imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi” barədə Sərəncamın insan hüquqlarının səmərəli təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ olduğu bildirilib. Habelə Azərbaycan Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı, eyni zamanda, qəbul olunmuş "Mediasiya haqqında” Qanun barədə məlumat verilib.

Ombudsman insan hüquqları sahəsində parlamentlə, digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlığı, müvəkkil yanında yaradılmış Ekspertlər Şurasının mütəmadi fəaliyyəti, burada vətəndaş cəmiyyəti tərəfindən verilən tövsiyələrin nəzərə alınması, habelə insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində ombudsman tərəfindən irəli sürülən yüzlərlə təklifin verilməsi və icrası barədə ətraflı məlumat verib.

Görüşdə ölkədə insan hüquqlarının ümumi vəziyyəti, vətəndaş cəmiyyətlərinin inkişafı, Avropa Şurası ilə gələcək əməkdaşlıq istiqamətləri və digər maraq doğuran məsələlər də müzakirə olunub.

Aleksandr Qessel Avropa Şurasının bu cür uğurlu fəaliyyət göstərən təsisatla əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video