07 May 2019 21:10
733
İQTİSADİYYAT
A- A+

Dövlət Gömrük Komitəsinin məlumatı


Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, həmin məlumatlarda İran ilə sərhəddə yerləşən Astara gömrük postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia olunur. Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq yazıda, hətta Astara gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddia olunur.

"İlk növbədə, qeyd edək ki, Dövlət Gömrük Komitəsi gömrük nəzarət vasitələri ilə təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur. Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır, zərurət yarandıqda fiziki baxışa yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının müstəsna hüququdur. Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin müəyyən saatlarında baş verir. Nisbi xarakterli bu sıxlıqlar vətəndaşların sərhədi günün eyni saatlarında keçmək istəyindən irəli gəlir ki, komitənin rəhbərliyi və aidiyyəti qurumları dəfələrlə bu barədə maarifləndirici açıqlamalar verərək ictimaiyyəti məlumatlandırıblar. Astara gömrük postunda nisbi yubanmaların əsas səbəbi isə sərhədi keçən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı Qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq malları gömrük sərhədindən keçirməyə çalışmasıdır. Bu da əlavə yoxlamalara, gömrük nəzarəti müddətinin artmasına, sadəcə vətəndaşlar üçün deyil, gömrük orqanları üçün də əlavə vaxt itkisinə və əmək sərfinə səbəb olur”, - deyə məlumatda bildirilir.

Ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ölkəmizin şərqdən qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşdiyini və narkotiklərin əsasən cənub sərhədlərimizdən gömrük ərazisinə daxil olduğunu nəzərə alsaq, gömrük nəzarəti tədbirlərinin də gücləndirilməsinin vacibliyini aydın başa düşmək mümkündür.

"Onu da qeyd edək ki, son bir ayda Astara gömrük postunun əməkdaşları tərəfindən 25 fakt üzrə 6 kiloqramda artıq narkotik vasitə, psixotrop və güclü təsiredici maddə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu da qeyri-peşəkarcasına və ya kimlərinsə sifarişi əsasında böhtan xarakterli məlumatlar hazırlamaq və yayımlamaqdan daha vacib və önəmli fəaliyyətdir”, - deyə DGK-nın məlumatında qeyd olunur.

Dövlət Gömrük Komitəsinin sədri mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrinə səfər edərək vəziyyəti yerində araşdırır, gömrük nəzarətinin səmərəli şəkildə təşkili, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, infrastrukturun yenidən qurulması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində müvafiq göstərişlərini verir və bu barədə Komitənin rəsmi internet səhifəsi ilə yanaşı, kütləvi informasiya vasitələrində də kifayət qədər məlumat yayımlanır.

"Gömrük sahəsində islahatların icra vəziyyəti ilə bağlı iddialara gəlincə isə Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübə artıq Avropada öyrənilir. Dövlət Gömrük Komitəsi bir daha media qurumları və jurnalistlərə komitənin fəaliyyəti ilə bağlı məlumatları hazırlayarkən ölkə qanunlarına əməl etməyə çağırır. Təqdim etdiyimiz videolardan da vətəndaşların Nazirlər Kabinetinin 305 saylı Qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq məhsulları ölkə ərazisinə gətirdiklərini və bunun gömrük nəzarətinin müddətinin uzanmasına təsirini aydın görmək olar”, - deyə məlumatda bildirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video