07 May 2019 21:06
749
Mədəniyyət
A- A+

Nazir Əbülfəs Qarayev Lənkəranda mədəniyyət müəssisələrinə baş çəkib


Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb. Görüşdən sonra Əbülfəs Qarayev bir sıra mədəniyyət müəssisələrinə baş çəkib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, ilk olaraq Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq musiqi məktəbində olub. Əbülfəs Qarayev məktəbin fəaliyyəti, tədris prosesi ilə maraqlanıb, tövsiyələrini verib. Uşaqların ifasında konsert proqramı təşkil olunub.

Daha sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun ev-muzeyi ziyarət olunub. Muzeyin fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, muzeyin 2 mindən çox eksponatı var. Ekspozisiyada məşhur tank qoşunları komandanının şəxsi əşyaları ziyarətçilərin xüsusilə böyük marağına səbəb olur.

Əbülfəs Qarayev muzeyin 50 illik yubileyinin qeyd olunması və əməkdaşlarının mükafatlandırılması haqqında tapşırıq verib.

Mətbuata açıqlama verən nazir bildirib ki, Lənkəranda keçirilən qəbulda da vətəndaşlarımız tərəfindən bir sıra maraqlı təkliflər səsləndirilib: "Bütün ölkə ərazisində olduğu kimi, bu bölgəmizdə də ölkə başçısının mədəniyyət sahəsində apardığı islahatlar rəğbətlə qarşılanır. Mədəniyyət sahəsində çalışanların attestasiyası aparılaraq daha peşəkar, bacarıqlı insanların, eləcə də gənclərin mədəniyyət sahəsinin inkişafına cəlb olunması kimi məsələlər bu baxımdan olduqca əhəmiyyətlidir. Ölkəmizin bu bölgəsi tarixi abidələri ilə də zəngindir. Həmin abidələrin qorunması, onların mühafizə zonalarının müəyyənləşdirilməsi çox vacibdir. Həm Lənkəranda, həm də digər şəhər və rayonlarımızda tarixi abidələrin qorunması və bərpası ilə bağlı layihələrimiz var”.

Əbülfəs Qarayev qeyd edib ki, regionda musiqi sahəsində təhsilə xüsusi maraq var. Bu baxımdan ixtisaslaşdırılmış musiqi kollecinin yaradılmasına, daha yüksək səviyyəli kadr hazırlığına ehtiyac hiss olunur. Bu məsələ diqqətdə saxlanılacaq və gələcəkdə musiqi təhsili şəbəkəsinin təkmilləşdirilməsi təmin ediləcək.

Lənkəran şəhərində yerləşən Dairəvi qalanın bərpa olunması məsələsinə də toxunan nazir ilin sonuna qədər bu məsələnin həllini tapacağına ümidvar olduğunu bildirib. Qeyd edib ki, bərpa işlərinə xarici mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video