Alternative content

16:05 25 May 2019
ONLINE XƏBƏR LENTİ
11:07 25.05.2019 Saxta balın zərərləri
BAHAR GƏLİR - YAZ ETÜDLƏRİ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

rus escort

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Şuşanın dağları qara dumanlı” sənədli filmin təqdimatı keçirilib
“Şuşanın dağları qara dumanlı” sənədli filmin təqdimatı keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
21:00 07.05.2019

Mayın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Şuşanın dağları qara dumanlı” adlı sənədli filmin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun məsləhətçisi, Əməkdar jurnalist Mübariz Əsgərovun müəllifi olduğu sənədli filmin təqdimat mərasimində Milli Məclisin deputatları, tanınmış elm adamları, ziyalılar, KİV təmsilçiləri iştirak ediblər.

Tədbiri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov açaraq filmdə çoxlu sayda sənədli fakt və kadrlardan istifadə olunduğunu diqqətə çatdırıb: "Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ildönümüdür. Bu işğal çoxumuzun gözü önündə baş verib. Ümumiyyətlə, Şuşanın işğal olunmasının müxtəlif səbəbləri var. Ermənistanın Azərbaycana qarşı torpaq iddiasına başladığı vaxt ermənilərə havadarları tərəfindən böyük dəstək göstərilirdi. Əlbəttə, bu dəstək olmasaydı, onlar bizim torpaqlarımızın bir qarışını belə ala bilməzdilər. Digər səbəb isə həmin dövrdə Azərbaycan rəhbərliyində olanların Qarabağa biganə münasibəti idi. Azərbaycanda o zamankı hakimiyyətin məsuliyyətsizliyi, özbaşınalığı Şuşanın və digər torpaqlarımızın itirilməsinə səbəb olub.

"Şuşanın dağları qara dumanlı” film çox mühüm əhəmiyyət kəsb edir. Bu gün təqdimatına yığışdığımız filmdə həmin tarix, o zaman Şuşada baş verənlər olduğu kimi əksini tapıb. Çünki burada kifayət qədər sənədli kadrlar var. Bu baxımdan tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə çəkilən bu filmi olduqca önəmli sayıram və onu ərsəyə gətirənlərə təşəkkür edirəm”.

Filmin müəllifi Mübariz Əsgərov isə çıxışında bildirib ki, filmdəki hadisələr Şuşanın işğalından əvvəlki zamanı əhatə edir: "Burada vertolyot qəzası, Şuşa Rayonu İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlovun öz otağında güllələnməsi, bu qətlin şahidlərinin danışması, qətli törədən şəxs, hansı ki, ömürlük həbs cəzası alıb, onunla müsahibə, Boris Yeltsinin Şuşaya gəlməsi və digər hadisələr yer alıb. Bütün bunların hamısı fakt və sübutlarla göstərilib.

Həmin dövrdə ölkədə baş verən siyasi özbaşınalıqlar Şuşanın işğalına gətirib çıxardıb. Beləliklə, filmin əsas məzmunu bundan ibarətdir. Bütün bu hadisələrə bir daha baxmaq bizləri ağrıdır. Əgər bizi ağrıdırsa, deməli, Şuşa hələ itirilməyib. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan Ordusu öz torpaqlarını geri qaytarmağa tam hazırdır”.

Daha sonra film tədbir iştirakçılarına təqdim olunub.

Təqdimatdan sonra Milli Məclisin deputatı Aqil Abbas çıxış edərək filmdəki kadrlardan təsirlənərək kövrəldiyini bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı filmin təqdirəlayiq olduğunu deyib: "Filmə baxanda hiss olunur ki, Mübariz bəy ekran əsərinin üzərində çox zəhmət çəkib. Bu film bizi 2 suala cavab verməyə vadar edir. Onlardan biri budur ki, bu film bizdən soruşur - millət olaraq biz hansı şəraitdə torpaqlarımızı itirmişik. İkincisi isə nə etməliyik, hansı şəraiti yaratmalıyıq ki, torpaqlarımızı işğalçılardan geri ala bilək? Fikrimcə, filmin nəzəri-fəlsəfi mahiyyəti bundan ibarətdir”.

Digər çıxışçılar da film haqqında fikir və rəylərini bildirib, ekran əsərinin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini ifadə ediblər.

Ekran əsəri başımıza gətirilən müsibətlərin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından yüksək qiymətləndirilib.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM