07 May 2019 20:54
1700
PARLAMENT
A- A+

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib


Mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Ziyad Səmədzadə 8 məsələdən ibarət gündəliyi təqdim edib.

Əvvəlcə "Texniki tənzimləmə haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə olunub. Layihə barədə məlumat verən Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev bildirib ki, bu qanun ticarətdə texniki maneələrin aradan qaldırılması və malların rəqabət qabiliyyətliyinin artırılması məqsədilə mallar, onlarla əlaqəli proseslər və istehsal metodları üzrə texniki tənzimləmənin məqsəd və prinsiplərini və tətbiqi qaydalarını müəyyən edəcək.

Namiq Tağıyev birinci oxunuşdan sonra layihə üzərində aparılmış işlər barədə məlumat verib.

Qanun layihəsi barədə danışan deputat Əli Məsimli layihəni yüksək qiymətləndirib, bəzi maddələr barədə qeyd və təkliflərini səsləndirib.

"Hesablama Palatası haqqında” Qanuna təklif olunan dəyişiklik "Büdcə sistemi haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

"Dövlət rüsumu haqqında” və "Təhsil haqqında” qanunlara təklif olunan dəyişikliklər isə təhsil müəssisələrinin akkreditasiyadan keçirilməsi, ölkəyə çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumunun məbləği və digər məsələləri əhatə edir.

İclasda "Yol hərəkəti haqqında”, "Milli arxiv fondu haqqında”, "Avtomobil yolları haqqında”, "Mədəniyyət haqqında” qanunlarda dəyişikliklərə, həmçinin "İcra haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, "Banklar haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "İnvestisiya fondları haqqında” və "Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məsələlərə ikinci oxunuşda baxılıb.

Müzakirələrdən sonra gündəlikdəki bütün layihələr Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video