07 May 2019 15:41
681
İQTİSADİYYAT
A- A+

Sentyabrda Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır


Cari ilin sentyabrında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Ticarət Evinin açılması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir Şahin Mustafayev TDƏŞ-in baş katibi Bağdad Amreev ilə görüşüb. Görüşdə TDƏŞ çərçivəsində iqtisadi əməkdaşlığın cari vəziyyəti və onun genişləndirilməsi imkanları barədə müzakirələr aparılıb.

Bildirilib ki, TDƏŞ çərçivəsində üzv ölkələr müxtəlif istiqamətlərdə (siyasi, iqtisadi-ticarət, humanitar və sair sahələrdə) uğurla əməkdaşlıq edirlər. Qeyd edilib ki, üzv ölkələr arasında ticarət əlaqələrinin şaxələndirilməsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var.

Görüşdə Azərbaycanın ixracın təşviqi sahəsində tətbiq etdiyi mexanizmlərin, o cümlədən ticarət evlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycanın bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və uğurla fəaliyyət göstərir. Bu ilin sentyabrında isə Nur-Sultan şəhərində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.

Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Sənaye-Ticarət Palatasının, Birgə İnvestisiya Fondunun yaradılması, təşkilatın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısının çərçivəsində biznes forumun təşkili və sair məsələlər müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video