07 May 2019 15:07
682
Mədəniyyət
A- A+

Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü anılıb



Heydər Əliyev Sarayında Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, sarayın kollektivi görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevi dərin hörmət və ehtiramla yad ediblər.

Heydər Əliyev Sarayının direktoru, Əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxışında Ümummilli Liderin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzsiz və misilsiz xidmətlərindən, xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmasından, şərəfli həyat yolundan, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib. O, Ulu Öndərin səmərəli fəaliyyəti sayəsində müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişafı, onun beynəlxalq nüfuzunun sürətlə artmasından, dövlətimizdə sabitliyin və təhlükəsizliyinin hərtərəfli təmin olunması istiqamətində gördüyü işlərin əhəmiyyətindən danışıb.

Sonda mərasim iştirakçıları müdrik rəhbər Heydər Əliyevin həyatı, fəaliyyəti, dövlət quruculuğunda misilsiz xidmətləri, düşünülmüş və məqsədyönlü siyasəti, dövlətimizin tarixində müstəsna xidmətlər göstərməsi barədə geniş məruzə ilə çıxış edərək dahi şəxsiyyətlə bağlı xatirələrini bölüşüblər.

Tədbirdən sonra Heydər Əliyev Sarayının kollektivi Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarını ziyarət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video