07 May 2019 15:02
681
Mədəniyyət
A- A+

Mədəniyyət naziri Lənkəranda vətəndaşlarla görüşüb



Yerlərdə tarixi abidələrin qorunması və tədqiq edilməsi, uşaq musiqi məktəblərinin, mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, kitabxana fondlarının zənginləşdirilməsi kimi bu və digər məsələlər mədəniyyət naziri Əbülfəs Qarayevin mayın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşündə səsləndirilib.

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir.

Mədəniyyət naziri Əbülfəs Qarayev Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Lənkərandan qəbulda iştirak edən vətəndaşlar tərəfindən respublika üzrə mərkəzləşdirilmiş kitabxana sistemləri (MKS) arasında əlaqələrin inkişafı üçün portalın yaradılması, şəhərdə Xoreoqrafiya məktəbinin açılması, Uşaq musiqi məktəbinə musiqi alətlərinin verilməsi, cənub bölgəsi mətbəxinin ləziz nümunəsi olan ləvənginin hazırlanması ənənəsinin UNESCO-nun qeyri-maddi irs siyahısına təqdim edilməsi, "Nənələr” folklor kollektivinə xalq kollektivi adının verilməsi və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

Astara rayonundan qəbula yazılan vətəndaşların müraciətləri rayon ərazisində yerləşən tarixi abidələrin mühafizə zonalarının dəqiqləşdirilməsi, rayon MKS-ə böyük şair İmadəddin Nəsiminin adının verilməsi, mədəniyyət müəssisələrində çalışan işçilərin mərkəzləşdirilmiş qaydada attestasiyasının keçirilməsi, mədəniyyət işçilərinin fəxri adlara təqdimatı barədə olub.

Lerik sakinləri ölkə üzrə uzunömürlülər haqqında məlumat bazasının yaradılması, bölgənin uzunömürlü sakinləri haqqında filmin çəkilməsi, rayondakı Heydər Əliyev Mərkəzinə İmadəddin Nəsiminin yeni nəşr olunmuş kitablarının verilməsi, rayon ərazisində olan qədim kəhrizlərin dövlət tərəfindən qorunan abidələr siyahısına salınması, Buzeyir mağarasına gedən yolun təmir olunmasına köməklik göstərilməsi və işlə təmin olunma barədə müraciət ediblər.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video