07 May 2019 14:48
1091
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbi ilə “Huawei” şirkəti əməkdaşlıq müqaviləsi imzaladı



Bakı Ali Neft Məktəbi (BANM) ilə Çinin ən böyük transmilli şirkətlərindən olan "Huawei” şirkətinin Azərbaycan nümayəndəliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

BANM-dən bildirilib ki, müqavilə çərçivəsində Ali Neft Məktəbində İKT Akademiyasının yaradılması və onun nəzdində laboratoriyanın qurulması üçün avadanlıq və proqram təminatı ödənişsiz veriləcək. İmzalanma mərasimində Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadiyyat məsələləri üzrə konsulu Vanq Çunqanq, səfirliyin attaşesi Ven Qohuey, "Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin, proqramlar üzrə meneceri Tao Civen, müştərilərlə iş üzrə meneceri Cong Din və Ali Neft Məktəbinin tələbələri və məsul əməkdaşları iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov Prezident İlham Əliyevin aprel ayında Çinə işgüzar səfəri zamanı "Huawei” şirkətinin sədri Lian Xua ilə keçirdiyi görüşə diqqət çəkərək bildirib ki, bu görüş iki dövlət arasında iqtisadi əlaqələrinin güclənməsi və yeni əməkdaşlığın yaranmasına ciddi töhfə verib. Rektor Ali Neft Məktəbində İKT Akademiyası və laboratoriyasının yaradılması üçün "Huawei” şirkətinin dəstəyini yüksək qiymətləndirdiyini və bu əməkdaşlığın BANM-in proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin yüksəksəviyyəli mütəxəssis kimi yetişməsində əvəzsiz rol oynayacağını bildirib. Qeyd edib ki, əməkdaşlıq müqaviləsinin yekunu kimi tezliklə İKT Akademiyası və laboratoriyasının açılışı olacaq və laboratoriya tələbələrin ixtiyarına veriləcək.

Çinin Azərbaycandakı səfirliyinin ticarət və iqtisadiyyat məsələləri üzrə konsulu Vanq Çunqanq bildirib ki, bu cür əməkdaşlıq iki dövlət arasında münasibətləri daha da möhkəmləndirir. O, gələcəkdə yeni tərəfdaşlıq imkanlarının davamlı olacağına ümidvar olduğunu deyib.

"Huawei” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Lu Tsanlin BANM ilə təmsil etdiyi şirkətin əməkdaşlığını yüksək qiymətləndirib və şirkətin əməkdaşlarının Azərbaycanda İKT Akademiyasının və laboratoriyasının qurulmasında iştirakından məmnunluğunu ifadə edib. O, tələbələrin avtomatika sahəsində keyfiyyətli mütəxəssis kimi yetişməsi üçün şirkət olaraq onlara hər zaman dəstək olacaqlarını bildirib və tələbələrə uğurlar arzulayıb.

BANM və "Huawei” şirkəti arasında əməkdaşlığın hüquqi əsası 2019-cu yanvarın 23-də imzalanmış anlaşma memorandumu ilə qoyulub. Bu memorandum BANM-in tələbələrinə şirkətin strukturlarında təcrübə keçmək, şirkət mütəxəssislərinin tələbələrlə öz bilik və təcrübələrini bölüşmək imkanı yaradır.

"Huawei” şirkəti telekommunikasiya avadanlığı, elektronika, süni intellekt və texnologiyalara əsaslanan xidmət və məhsulların istehsalında Çinin ixtisaslaşmış transmilli özəl şirkətidir. "Huawei” dünyanın 170 ölkəsində öz məhsullarını istehsal edir, 1500-dən çox şəbəkə yaradaraq dünya əhalisinin 1/3-nə xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video