Alternative content

10:14 22 Noyabr 2019
ONLINE XƏBƏR LENTİ
Azərbaycan turizm məkanıdır - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əbədiyaşar ümummilli lider
Əbədiyaşar ümummilli lider
ANA SƏHİFƏ / SİYASƏT
00:50 07.05.2019


El arasında belə deyimlər var:

- insan dünyaya göz açanda qisməti özü ilə gəlir;

- həyatda təsadüf yoxdur;

- filan adama vergi verilib;

- filan adam möcüzədir;

- filankəs dahidir və s.

Maraqlıdır ki, bu deyimlərin hamısını ulu öndərə şamil etmək olar.

Bu gün adı dövlətçiliyin rəmzinə çevrilən, onunla daim qoşa çəkilən, dünya siyasətində təkrarsız yeri olan fenomen şəxsiyyət, ümummilli lider, müstəqil Azərbaycanın banisi, ən böyük azərbaycanlı, əbədiyaşar Heydər Əliyevin 96, onun siyasi hakimiyyətə gəlişinin 50 illiyi ərəfəsində bu dahi insan barədə fikir söyləmək mənə də nəsib olduğundan qürur hissi keçirirəm.

Elə bir dünyəvi şəxsiyyət yoxdur ki, o, ümummilli lider Heydər Əliyev kimi hər gün anılsın!

18 yaşında Naxçıvan Muxtar Respublikasında yüksək və məsul vəzifədə işə başladı. Bəlkə də çox az gəncə nəsib olub ki, 18 yaşda belə məsul vəzifədə işləsin. 21 yaşında - 1944-cü ildə o, Naxçıvan Muxtar Respublikasının Vilayət Partiya Komitəsi tərəfindən ovaxtkı SSRİ Təhlükəsizlik Komitəsinin nəzdində olan Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə daha yüksək vəzifəyə, Bakıya göndərişlə göndərilir. 1969-cu ilə qədər - 25 il Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsində çalışıb.

1969-cu il iyulun 14-də Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Heydər Əliyev bir ay sonra məşhur avqust plenumundakı çıxışında ölkədə olan korrupsiya probleminə toxunur və bununla da korrupsiyaya qarşı ciddi mübarizə başlayır. O vaxta qədər sovet rejimində yüksək vəzifəli şəxs tərəfindən belə problemə toxunulmamış, yəni buna cəsarət edən olmamışdı.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işləmiş, hər zaman olduğu kimi, bu gün də bu böyük tarixi şəxsiyyətin idarəçilik məktəbindən öyrənən, bəhrələnən bir şəxs kimi deyə bilərəm ki, ulu öndərin 60 ildən çox gərgin əmək fəaliyyəti bilavasitə Azərbaycanın keçmiş və müasir tarixi ilə sıx, üzvi şəkildə bağlı olmuşdur.

Artıq 28 ildir ki, Azərbaycan dövləti ictimai-siyasi, sosial-iqtisadi həyatının yeni şanlı bir dövrünü - bərpa olunmuş müstəqillik dövrünü yaşayır. Ötən müddət ərzində ölkəmiz siyasi-iqtisadi böhrandan, tənəzzül və xaosdan qurtularaq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına yüksəlib. Şübhəsiz ki, bu dinamik inkişafın əsasında ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti, əbədiyaşar ideyaları və dahiyanə uzaqgörənliklə müəyyənləşdirdiyi STRATEGİYA dayanır.

Bu gün siyasətçilərin mütləq əksəriyyəti ötən əsrin ortalarında - 1969-cu il iyulun 14-də Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsini milli müstəqilliyə doğru aparan işıqlı yolun başlanğıcı kimi təsdiq edir.

Ulu öndərin qürurla dediyi "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır” sözləri həmişə, hər zaman dahi rəhbərin həyat amalı olmuş, həyatda öz real təsdiqini tapmışdır.

Ulu öndər hakimiyyətə gələnə qədər ən geridə qalan respublikalardan biri sayılan Azərbaycan qısa müddətdə iqtisadi artım tempinə görə orta ittifaq səviyyəsini ötdü. 1969-1982-ci illərdə milli gəlir 2,6, sənaye məhsulu 2,7, kənd təsərrüfatı 2,3 dəfə artdı, 249 yeni iri sənaye müəssisəsi yaradıldı. Ölkənin sənaye potensialı əvvəlki 50 ildəkini 2 dəfə üstələdi. Həmin dövrdə 813 min yeni iş yeri açıldı, xalqımızın güzəranı qat-qat yaxşılaşdı. Respublikamızın elmi-texniki potensialı dəfələrlə artdı, 265 elmlər doktoru, 3141 elmlər namizədi hazırlandı. Artıq ötən əsrin 80-ci illərinin əvvəllərində ən nüfuzlu ali məktəblərə respublikamızdan göndərilən gənclərin sayı ildə 1000-1400 nəfər təşkil edirdi. Hər il 800-1000 azərbaycanlı gənc isə ittifaqın sayılıb-seçilən hərbi məktəblərində ordu quruculuğunun sirlərinə yiyələnirdi. Heydər Əliyevin həyata keçirdiyi kompleks fəaliyyət nəticəsində Azərbaycan keçmiş ittifaqda özünü idarə etmək iqtidarında olan iki respublikadan birinə çevrilmişdi. 1969-1982-ci illərdə 14 il ardıcıl olaraq hər il o, iqtisadi göstəricilərə və digər nailiyyətlərə görə keçmiş SSRİ-nin Keçici Qırmızı Bayrağına layiq görülmüşdü.

Ümummilli lider 1970-ci illərdə Azərbaycanı idarə edərkən SSRİ-nin dövlət idarəçiliyində olan bütün incəlikləri öyrənmiş və ölkəmizin inkişafında, çiçəklənməsində bu təcrübədən də istifadə etmişdi.

Təbii ki, keçmiş SSRİ-də hansı proseslərin getdiyini Heydər Əliyev hələ nəhəng dövlətin təhlükəsizlik sistemində işlədiyi vaxtdan etibarən yaxşı görürdü və siyasi imkanlarından, nüfuzundan gələcək müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasına zəmin yaradan faktorların təmin edilməsi naminə maksimum istifadə etməyə çalışırdı. Onun bilavasitə rəhbərliyi ilə 1969-1982-ci illərdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan ittifaq miqyasında ən qabaqcıl və hərtərəfli inkişaf etmiş respublikaya çevrildi.

Ulu öndər bütün fəaliyyəti dövründə - sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə, nəhəng bir dövlətin əsas rəhbərlərindən biri olanda, müstəqil Azərbaycana rəhbərliyi öz üzərinə götürəndə həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr etmişdir.

Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın ən yeni tarixində müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi məhz Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır.

1993-cü ildə ölkəmizin düşdüyü çətin vaxtlarda xalqın çağırışına səs verməsinin, düçar olduğumuz bəla və xaosu aradan qaldırmaq məsuliyyətini öz üzərinə götürməyin səbəbini dahi rəhbər belə açıqlamışdır: "Belə bir yüksək və məsuliyyətli vəzifəni öz üzərimə götürərkən birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Sonrakı hadisələr, görülən işlər təsdiq etdi ki, dahi rəhbər sözünə, verdiyi vədə əməl etmək üçün əlindən gələni əsirgəmədi. Nəticədə müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin tanıyıb hörmət etdiyi Azərbaycan kimi bir dövləti yaratmaq ulu öndər Heydər Əliyevə nəsib oldu.

Ulu öndər güclü dövləti müstəqilliyin əsası hesab edirdi. Buna görə də o, "Azərbaycanın dövlət müstəqilliyi yolunda fədakarcasına çalışmaq mənim həyatımın mənasıdır” deyirdi və buna qətiyyətlə əməl edirdi.

Həyatını bütövlüklə Azərbaycana və xalqa xidmətə həsr edən ümummilli lider 2003-cü il oktyabrın 1-də xalqına son müraciətində qazandığı uğurların səbəblərini belə açıqlamışdı: "Mənim Azərbaycan Respublikasına bütövlükdə rəhbərliyimin 34, müstəqil Azərbaycan dövlətinə Prezident kimi rəhbərliyimin isə 10 ili tamam olur. Bu illərdə istər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Bu, rəhbərlə xalqın sarsılmaz vəhdətinə, birliyinə ən gözəl nümunədir! Təsadüfi deyil ki, bu birliyin əyani ifadəsi olan "Xalq-Heydər, Heydər-xalq” deyimi hələ ulu öndərin sağlığında ümumxalq devizinə çevrilmişdi.

XX əsrin Azərbaycana, xalqımıza, dünyaya bəxş etdyi ən böyük vətəndaş, dahi şəxsiyyət, müdrik siyasi xadim, dünənin, bugünün və sabahın aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevdir.

Dünya siyasətində böyük nüfuz sahibi olan siyasi xadim, insanpərvər, mehriban, qayğıkeş, həqiqətsevər, sözü ilə əməli bir-birini tamamlayan, bütün varlığı ilə dövlətə və xalqa bağlı nadir şəxsiyyət olan ulu öndərin həyat və fəaliyyətinə nəzər salanda görərik ki, o:

- xüsusi dövlət orqanlarında çalışdığı dövrdə belə Azərbaycanın milli ruhlu, açıq, demokratik fikirli ziyalılarını qorumağa nail olmuşdu;

- Sovetlər İttifaqı kimi nəhəng ölkənin böyük siyasət qalasının ən uca zirvəsini fədakarlıqla fəth edə bilmişdi;

- Azərbaycan kimi kiçik bir məmləkətin adını bütün dünyaya tanıtmışdı;

- 1970-ci illərdə Azərbaycanı qısa müddətdə geridə qalmış respublikadan Sovetlər İttifaqının bütün sahələrdə - sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və s. ən qabaqcıl respublikasına çevirmişdi, bugünkü yüksəlişin, tərəqqinin bünövrəsini hələ o zamanda qoymuşdu;

- öz əməlləri ilə, xalqa əvəzsiz xidmətləri ilə əbədiyaşarlıq zirvəsinə yüksələ bilmişdi;

- qəlbi daim bəşəri duyğularla döyünən ümumbəşər övladı idi;

- adı həmişə dünyanın tanınan, hörmət bəslənilən siyasi liderləri, ən müdrik rəhbərləri sırasında çəkilirdi;

- dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından həmişə öz sözü, öz çəkisi, öz dəsti-xətti ilə seçilirdi;

- əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindən idi;

- Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkənin həyatında, xalqın taleyində, milli dövlətçiliyin formalaşmasında, möhkəmləndirilməsində və inkişafında misilsiz rol oynamışdı.

Eyni zamanda:

- 22-24 fevral 2001-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini Milli Məclisdə özünün iştirakı ilə ümumxalq müzakirəsinə çıxardı;

- 1996-cı ildə ATƏT-in Lissabon sammitində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin sammitin qərarında öz əksini tapmasına nail oldu;

- ABŞ Konqresinin müstəqil Azərbaycana yardım göstərilməsini qadağan edən 907-ci düzəlişin icrasının 2002-ci ilin yanvarından dayandırılmasını təmin etdi;

- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistan prezidenti ilə 25, ATƏT rəhbərliyi, Minsk qrupunun təmsilçiləri ilə 200-dən və 80 ölkənin dövlət başçıları ilə 500-dən çox görüşlər keçirdi;

- Dövlət Təhlükəsizlik Komitəsində işləyəndə ölkəmizdə milli kadrlar olmayan bir çox sahədə kadrların milliləşmə prosesinə başladı və bu prosesi 1969-1982-ci illərdə yekunlaşdırdı;

- 19 mart 1999-cu ildə Biləsuvar çadır şəhərciyində iki məcburi köçkün şəhid ailəsinin gənclərinin toyunda iştirak etməklə Prezident olaraq ən yüksək insani keyfiyyətlərini və qaçqın, məcburi köçkünlərə olan qayğısını bütün dünyaya nümayiş etdirdi;

- 12 sentyabr 2002-ci ildə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində qaçqın və məcburi köçkünlər üçün tikilmiş birinci qəsəbənin açılışındakı çıxışında ilk dəfə səsləndirdi: "Nəinki məcburi köçkünlər mütləq öz doğma yurdlarına qayıdacaqlar, qaçqınlar da tarixi torpaqlarımız olan Göyçə mahalına - Ələsgər yurduna qayıdacaqlar”.

25 may 2001-ci ildə Biləsuvar rayonu ərazisinə leysan yağışı yağdı və 21 min məcburi köçkün yaşayan şəhərcik 60 sm səviyyəsində suyun altında qaldı, məcburi köçkünlərə məxsus bütün ərzaq, ev əşyaları və paltarlar palçıqlı suda islanaraq yararsız vəziyyətə düşdü. Ulu öndərin göstərişi ilə Biləsuvar və ətraf rayonların yanğınsöndürmə maşınlarının hamısı səfərbər olub suyu çəkirdi. Həmin gün ulu öndər gecə saat 2-yə qədər iş yerində qalaraq yarım saatdan bir titrək və narahat səsi ilə soruşurdu: "Vəziyyət necədir? İnsanlara hansı köməklik edilir?” O, bir daha öz dahiliyini, insanpərvərliyini, qayğıkeşliyini və nəhayət, məcburi köçkünlərə öz münasibətini göstərdi. Bu, heç vaxt insanların və şəxsən mənim yaddaşımdan silinməyəcək.

96 illik bir zaman kəsiyinə hər dəfə müraciət etdikdə bu dahi şəxsiyyətin ucalıgı daha aydın görünür.

Heydər Əliyev dünyada sayı çox az olan siyasətçilərdəndir ki, ümumxalq məhəbbəti, sevgisi qazanmış, ümummilli lider səviyyəsinə yüksəlmişdir.

1996-1997-ci illərdə Azərbaycanda torpaqların özəlləşdirilməsi start götürdü. Bu proses postsovet ölkələri arasında ilkin olaraq bizdə başladı. Dünyada torpaq islahatlarından çətin məsələ yoxdur! Heydər Əliyev çox məharətlə, ustalıqla bu islahatları başlatdı və uğurla həyata keçirdi. Torpaqlar özəlləşəndən sonra sahibkarlıq ortaya çıxdı, halbuki 70 ildir biz sahibkarlıq nədir bilmirdik.

Ulu öndər Kremldə işləyərkən rus xalqı və digər müttəfiq respublikalar üçün çox iş görmüşdü. SSRİ xalqları, xüsusən ruslar ona böyük rəğbət bəsləyirdilər. Təsadüfi deyil və bu bir faktdır ki, Boris Yeltsin Rusiyanın Prezidenti seçilərkən və səsvermə qutuları açılarkən bülletenlərin bəzilərinə Boris Yeltsinin üstdən xətt çəkib Heydər Əliyevin adını yazmışdılar. Bu, rus xalqının ona olan məhəbbətindən və ehtiramından irəli gəlir və bu hörməti o, öz əməyi və qayğıkeşliyi ilə qazanmışdı. Bu uğurlar Heydər Əliyevə qarşı siyasi büro üzvləri arasında çox böyük qısqanclıq yaratdı. Mixail Qorbaçovun vaxtında bu qısqanclıq ən yüksək zirvəyə qalxdı. Çünki Qorbaçov Heydər Əliyevin yanında əyləşəndə özünü cılız bir şəxsiyyət kimi görür, Mərkəzi Komitənin baş katibi kimi hiss etmirdi. 1986-cı ildə Qorbaçov öz xanımı ilə Fransaya səfəri zamanı erməni diasporuna söz verdi ki, Kremlə qayıdan kimi Dağlıq Qarabağ problemi ilə məşğul olacaq. Qorbaçov Heydər Əliyevin uğurlarına, bacarığına, rus əhalisinin ona olan sevgisinə qarşı yüksək qısqanclığını və Fransada olan dünyanın ən güclü ikinci erməni diasporuna verdiyi sözə əməl etmək üçün məkrli siyasətini Qarabağdan yox, ilk növbədə Heydər Əliyevi siyasətdən uzaqlaşdırmaqdan başladı. Çünki Qorbaçov aydın bilirdi ki, əgər Heydər Əliyev vəzifədə olarsa, ermənilərə verdiyi sözü icra edə bilməyəcək!

Ümummilli lider Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini ölkənin bir nömrəli problemi adlandırmışdı və bu münaqişənin siyasi həllini, həmçinin münaqişə nəticəsində öz ata-baba yurdlarından didərgin düşən soydaşlarımızın sosial müdafiəsini daim diqqət mərkəzində saxlayırdı. Ulu öndərin müdrik rəhbərliyi altında işlədiyim illərdə mən hər gün bu diqqət və qayğının canlı şahidi olmuşam.

Ümummilli lider Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə erməni lobbisinin Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağla bağlı iddiasının qarşısını almağa müvəffəq olmuşdu.

Ermənilər bütün illərdə Dağlıq Qarabağ problemini müzakirə mövzusu etmişdilər. Tarixdə yalnız 1970-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mənfur düşmən onun dahi siyasətindən ehtiyatlanaraq bu məsələni müzakirəyə çıxarmağı dayandırmışdı. 1980-ci illərdə ulu öndər Moskvaya gedəndən sonra erməni diasporu ona qarşı hücumlara başladı və yenidən Dağlıq Qarabağ müzakirəsi alovlandı.

Ulu öndər Heydər Əliyevin böyük siyasətdən getməsi xalqımız üçün çox ağır müsibətlərə səbəb oldu. Nəticədə Sumqayıt hadisələri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi, Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min azərbaycanlı öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirdi, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olundu.

Ümummilli lider Heydər Əliyevin ən böyük arzularından biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalçılarından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına ləyaqətlə qaytarılması idi. O, bunun üçün daim var qüvvəsi ilə çalışırdı və bu istiqamətdə çox böyük işlər görə bildi.

Azərbaycan ətrafında erməni lobbisi tərəfindən dünyada yaradılan informasiya blokadasının yarılması ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Xarici ölkələrə səfərləri zamanı əsas diqqəti bu münaqişəyə yönəldərək Ermənistanın işğalçılıq siyasətini dünyaya bəyan edirdi. Hətta dediklərini xəritə üzərində dönə-dönə göstərirdi və sübut edirdi ki, işğala məruz qalan Azərbaycandır.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının münaqişənin siyasi həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüquq normalarına uyğun 4 qətnaməsi qəbul edildi. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görüldü.

Ermənilərlə atəşkəs müqaviləsi imzalanan 1994-cü ildə, hər an dövlət çevrilişi cəhdi olan bir vəziyyətdə 11 nüfuzlu beynəlxalq şirkətlə riskli neft kontraktının imzalanması ulu öndərin şəxsiyyətinə görə reallaşdı. Belə ki, dünya liderlərinin çoxu onu şəxsən tanıyır və bilirdi ki, o, söz verdisə, əməl edəcək. Bugünkü sosial-iqtisadi nailiyyətlərimizin əsasında duran amil uzaqgörən liderin Azərbaycanın gələcək mənafeyi uğrunda atdığı addımlar və həmin kontraktların imzlanmasına nail olmasıdır.

Ümummilli lider dəfələrlə çadır düşərgələrinə səfər etdi, yataqxanalarda, tikintisi yarımçıq qalmış binalarda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşdü, onların problemləri ilə yerində tanış oldu. Bu görüşlər və söhbətlər zamanı ulu öndərin qəlbən nə qədər kədərləndiyinin, soydaşlarımızın problemlərinə necə həssaslıqla yanaşdığının dəfələrlə şahidi olmuşam.

O, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı dünya ölkələrinə nümunə göstərdi. Həmin dövrlər respublikada çox çətin vəziyyət idi və böyük iqtisadi problemlərimiz vardı. Əgər 1993-1994-cü illərdə ulu öndər beynəlxalq humanitar təşkilatları qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə cəlb etməsəydi, Azərbaycanda çox böyük humanitar böhran baş verə bilərdi. Bir tərəfdən təəssüf edirik ki, onun ömrü imkan vermədi ki, başladığı işi yekunlaşdırsın, digər tərəfdən isə şükür edirik ki, həmin dövrdə ölkə başqa əllərə keçmədi və ulu öndərin siyasəti hazırda da uğurla davam edir!

Məhz Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə bu sahə ilə bağlı xüsusi dövlət proqramı qəbul edildi.

Bu gün dünyanın ən nüfuzlu analitik araşdırma, tədqiqat mərkəzləri də etiraf edirlər ki, müstəqillik əldə ediləndən sonra keçən 28 il ərzində Azərbaycan dövləti başqa ölkələrin 50-100 ilə getdiyi qədər çox böyük inkişaf, tərəqqi yolu keçib!

1993-2003-cü illərdə ümummilli liderin mükəmməl idarəçilik məktəbi sayəsində ölkəmiz keçid dövrünün çətin labirintlərindən uğurla çıxdı. 1996-cı ildən Azərbaycan yenidən dirçəliş mərhələsinə qədəm qoydu. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu öndərin müdrik siyasəti sayəsində düşmənlərin ara verməyən məkrinə, min bir hiyləsinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurlarından danışarkən Prezident İlham Əliyevin sözlərini diqqətə çatdırmaq istəyirəm: "Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmlı yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür və bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir”.

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev ötən 16 il ərzində:

- ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasəti məharətlə, çevik və qətiyyətlə həyata keçirərək Azərbaycanı yüksək insan inkişafına malik olan ölkələr sırasına çıxardı;

- Azərbaycanın tarixində yeni dövrün - inkişaf, tərəqqi dövrünün əsasını qoydu və ölkəmiz iqtisadi sahədə keçid dövrünü 2009-cu ildə uğurla başa vurdu;

- Azərbaycanı regionun lider dövlətinə, Cənubi Qafqazda investisiya kredit reytinqi alan ilk və yeganə ölkəyə, dünya miqyasında öz sözünü deyən məmləkətə çevirdi;

- ölkəmizin bütün regionlarının inkişafını təmin etdi, Azərbaycanı sürətlə inkişaf edən ölkələr sırasına yüksəltdi, neft kapitalını insan kapitalına çevirdi;

- Azərbaycanın 2020-ci ilədək strateji inkişafının əsas istiqamətlərini müəyyənləşdirdi;

- Azərbaycanı dünyada digər dövlətlərə nümunə ola biləcək tolerant ölkə kimi tanıtdı;

- Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasında və Qaçqınlar üzrə Ali Komissarlığın İcraiyyə Komitəsində təmsilçilik hüququ qazandı;

- ölkəmiz ilk süni peykini orbitə çıxarmağa müvəffəq oldu;

- Azərbaycan Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Dünya İqtisadi Forumu - Davos Forumu və s. kimi mötəbər beynəlxalq tədbirlərə evsahibliyi edən ölkəyə çevrildi.

Fərəhli haldır ki, istər ictimai-siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə qarşıya qoyulan bütün məsələlər öz həllini tapıb.

Son 15 ildə ölkəmizin davamlı iqtisadi inkişafı göz qabagındadır. Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. İxrac potensialı 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Azərbaycana təxminən 250 milyard dollar sərmayə qoyulub və bu sərmayənin yarısı xarici investisiyadır.

Dünyada işsizlik probleminin getdikcə dərinləşməsinə baxmayaraq, Azərbaycanda ötən müddətdə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Ulu öndər 1994-cü ildə "Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın bugünkü inkişafının təməlini qoydusa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XXI əsrin layihəsi olan "Şahdəniz-2” enerji layihəsini reallaşdırmaqla ölkəmizin uzunmüddətli inkişafına, işıqlı gələcəyinə etibarlı təminat yaratdı.

Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab İlham Əliyev "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək vədini real işlərlə doğrultdu.

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir.

Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.

Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.

Cənab İlham Əliyev maliyyə bazarlarında yarana biləcək böhranı 8 il əvvəl, neftin qiymətinin ucuzlaşmasını 6 il əvvəl, ərzaq böhranını isə düz 5 il əvvəl proqnozlaşdırmışdı. Neftin qiymətinin nə vaxtsa aşağı düşə biləcəyini bildirərkən bunun ölkə iqtisadiyyatına ciddi ziyan dəyməməsi üçün qeyri-neft sektorunun inkişaf etdirilməsinin çox vacib olduğunu vurğulamış və bu istiqamətdə müvafiq tapşırıqlar vermişdi. Məhz qeyri-neft sektorunun inkişafı ölkəni dünyada baş vermiş maliyyə böhranından qorudu.

Son illərdə neftin qiymətinin ucuzlaşması nəticəsində büdcə gəlirlərinin azalmasına baxmayaraq, nəzərdə tutulan bütün sosialyönümlü layihələr vaxtında icra edilir. Azərbaycan bu gün dünyanın ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Bunun əsas səbəblərindən biri də məhz multikultural dəyərlərin, tolerantlığın dövlət səviyyəsində qorunması, inkişaf etdirilməsidir.

Mən iki dəfə prezidentlərin kövrəldiyinin şahidi olmuşam. 2002-ci il sentyabr ayının 13-də Goranboy rayonunun Ağcakənd ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında ulu öndərin, bir də 2011-ci il dekabr ayının 24-də 50 illik yubileyində dövlət başçısı cənab İlham Əliyevin Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçından olan məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılışında etdikləri çıxışlar zamanı gözlərinin yaşardığını görmüşəm. Bu da hər insana məxsus deyil, bunlar öz vətəninə və millətinə bağlılıqdan irəli gələn xüsusiyyətdir. 50 yaşı tamam olan günü məcburi köçkünlərlə bir yerdə olub və bildirib: "Adətən, öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz...” Bu, Heydər Əliyev siyasətinin davamıdır.

Ulu öndərin öz yurdlarından didərgin salınmış soydaşlarımıza diqqət, qayğı, himayədarlıq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cənab Prezident yeni salınmış 100-dən çox yaşayış qəsəbəsi və məhəlləsinin böyük əksəriyyətinin açılışında şəxsən iştirak etmiş, həmçinin problemə həsr olunmuş bir beynəlxalq konfrans və iki geniş müşavirə keçirmiş, bir dövlət proqramı və ona 2 "Əlavələr”i təsdiq etmişdir.

Yeni salınmış qəsəbələrin açılışlarında cənab Prezidentin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirak etməsi və məcburi köçkünlərlə səmimi söhbətləri soydaşlarımızın həyatında unudulmaz xoş xatirələrə çevrilmişdir.

Cənab Prezident beynəlxalq tədbirlərdə, görüşlərdə Ermənistan rəhbərliyinə dəfələrlə xəbərdarlıq edib ki, Azərbaycan istənilən zaman hərbi güclə öz torpaqlarını işğaldan azad edə bilər və bunun üçün güclü ordumuz var. Lakin Azərbaycan növbəti nahaq qanların tökülməsini istəmir, danışıqlar yolu ilə məsələnin həllinə tərəfdardır. Əgər danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yolla öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Ermənistan rəhbərliyi isə bu xəbərdarlıqlara məhəl qoymurdu.

2016-cı ildə cəmi 4 gün davam edən Aprel döyüşləri Azərbaycan Prezidentinin dəfələrlə etdiyi xəbərdarlığının əməli ifadəsi oldu. Ali Baş Komandan, Azərbaycan Ordusu öz məharətini düşmənə, onun havadarlarına, bütün dünyaya nümayiş etdirdi. Məhz buna görə də xalqımız əmindir ki, cənab Prezidentin rəhbərliyi ilə bütün ərazilər işğaldan azad ediləcək, soydaşlarımız öz ata yurdlarına qayıdacaqlar.

Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev isə təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri danılmazdır. Bugünkü müstəqil, demokratik Azərbaycan onun əvəzolunmaz zəhmətinin bəhrəsidir.

Mən ulu öndərin bütün iclaslarda, tədbirlərdə çıxışlarında səsləndirdiyi fikirləri özüm üçün qeyd etmişəm və saxlayıram. Bu gün də həmin qeydləri dönə-dönə vərəqləyirəm, öyrənirəm və hər dəfə ulu öndərin dahiliyinə, ucalığına, vətənsevərliyinə, xalqa bağlılığına, uzaqgörənliyinə valeh oluram.

Qəti əminliklə deyə bilərəm ki, əsrlər keçsə də, HEYDƏR ƏLİYEVİN adı DAHİ XİLASKAR - ÜMUMMİLLİ LİDER kimi əbədi yaşayacaq, qədirbilən xalqımız ulu öndərin vətən, xalq qarşısında xidmətlərini daim uca tutacaq, onun siyasi xəttinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsini həmişə dəstəkləyəcək.

Əli HƏSƏNOV,

Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM