Alternative content

15:23 06 Dekabr 2019
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinə olunub
Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinə olunub
ANA SƏHİFƏ / Səhiyyə
00:28 07.05.2019


Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib.

Şəki-Zaqatala bölgəsində əhali arasında skrininq proqramına uyğun olaraq Milli Onkologiya Mərkəzinin (MOM) təşəbbüsü və Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə keçirilən profilaktik müayinə günləri başa çatıb.

MOM-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 26-dan mayın 4-dək olan müddət ərzində Milli Onkologiya Mərkəzinin səyyar həkim briqadaları bölgə əhalisini onkoloji xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması məqsədilə səyyar mamoqrafiya, ultrasəs və rentgen müayinələrindən keçiriblər.

Son olaraq mayın 4-də Şəkidə 866 nəfər pasiyent onkoloji tibbi müayinədən keçirilib. Beləliklə, 9 günlük profilaktik müayinə prosesində bölgənin ümumilikdə 3708 sakini sağlıq durumları haqqında ixtisaslı, dəqiq və operativ məlumatlar əldə ediblər.

Mayın 4-də Şəki Şəhər Mərkəzi Xəstəxanasında profilaktik müayinələr zamanı şiş xəstəliyinə şübhə aşkar edilmiş iki nəfər üzərində açıq cərrahiyyə əməliyyatı aparmaq qərara alınıb. Onkologiya Mərkəzi tərəfindən Şəki rayonundan olan iki sakinin qalxanvari vəz nahiyəsində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib. Əməliyyat ağır və mürəkkəb şəraitdə keçirilsə də, onların həyati təhlükə mənbəyini aradan qaldırmaq mümkün olub. Hər iki xəstə özünü çox yaxşı hiss edir, sağlamlıqları ilə bağlı heç bir narahatlıq yoxdur.

Elə həmin gün Şəkidə Heydər Əliyev Mərkəzində skrininq proqramı çərçivəsində RİİB və MOM-un birgə təşkilatçılığı və dəstəyi ilə "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransı giriş sözü ilə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb. Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev ölkəmizdə onkologiya sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.

Konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi həkimlərinin "Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, "Sinonazal və intrakranial yerləşmiş törəmələrə endonazal endoskopik yanaşma”, "Uşaqlıq boynu xərçənginə müasir yanaşma”, "Süd vəzi xərçəngi: epidemiologiya, risk faktorları, diaqnostikası”, "Azərbaycanda uşaq onkologiyasının inkişafı” və digər mövzularda çıxışları dinlənilib. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir innovativ yanaşmaları özündə əks etdirən çıxışlar böyük maraqla qarşılanıb.

Konfransda Şəki-Zaqatala bölgəsində, eləcə də qonşu Ucar, Göyçay, Ağdaş, İsmayıllı və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahlar iştirak ediblər.

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə əhali arasında skrininq proqramlarının Azərbaycanın digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.



NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM