07 May 2019 00:27
791
İDMAN
A- A+

8 yaşlı gimnastımızın parlaq qələbələri


Bu gün gimnastlarımız idmanın bu növü üzrə mötəbər yarışlardan medallarla qayıdaraq xalqımızı sevindirirlər. Onların arasında son vaxtlar yeniyetmə idmançıların göstərdikləri nəticələr daha çox diqqət cəlb etməkdədir. Belə gimnastlarımızdan biri də 8 yaşlı Mina Abbasovadır.

Bu günlərdə Macarıstanın Harkani şəhərində 17 ölkədən 395 gimnastın qatıldığı XVI ənənəvi "Pecs” kuboku uğrunda turnirdə təmsilçimiz inamla çıxış edərək 3-cü yerə layiq görülüb.

Sayca 33-cü medalını (11 qızıl, 19 gümüş, 3 bürünc) qazanan Mina Abbasova müxtəlif yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, beş yaşından etibarən Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və İnqa Maçkusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunun üzvüdür. Atletimiz qatıldığı bütün beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni - Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir. Balaca qəlbində böyük vətən sevgisi daşıyan istedadlı gimnastımız Mina Abbasovanın məşqçiləri onun arzu-istəyini, qazandığı uğurları nəzərə alaraq Azərbaycanı təmsil etməsi üçün icazə veriblər.

Şirin və gözəl simalı balaca gimnast Azərbaycanı qürbət eldə digər millətlərin nümayəndələrinə, xüsusilə də müəllimlərinə və həmyaşıdlarına sevdirə bildiyi üçün özünü çox xoşbəxt sayır. Ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və olimpiya oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Minanın uğurları hələ qarşıdadır. Əsas məqsədi isə növbəti turnirlərdə qızıl medallar qazanmaqdır. Ümid edirik ki, gimnastımız qarşısına qoyduğu məqsədə nail olacaq, yeni qələbələri ilə hamını sevindirəcək.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video