06 May 2019 18:32
490
İQTİSADİYYAT
A- A+

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır



Energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin rəhbəri Əhməd Dalmuk Al Maktum energetika sahəsində əməkdaşlıq imkanları ilə maraqlanıb. Görüşdə bərpaolunan enerji sahəsində investor kimi iştirak, qaz və bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin istehsalında xərclərin azaldılması və səmərəliliyə nail olunması istiqamətində, eləcə də SOCAR-la əməkdaşlıq niyyətləri ifadə edilib.

P.Şahbazov BƏƏ ilə müxtəlif sahələr üzrə yüksək səviyyədə olan əlaqələrin enerji sektorunda da inkişafı üçün potensialın olduğunu bildirib. "OPEC plus” toplantıları çərçivəsində BƏƏ-nin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə sıx təmasda olduğunu deyən nazir bu görüşlərin yeni əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rolunu qeyd edib. Belə görüşlərin nəticəsi kimi nazir hazırda "Mübadilə” şirkəti ilə müzakirələrin aparıldığını bildirib. Eyni zamanda, bərpaolunan enerji sahəsində "Masdar” şirkəti ilə əməkdaşlıq edildiyini diqqətə çatdırılıb.

Görüşdə hazırda bərpaolunan enerji sahəsində həyata keçirilən kompleks tədbirlər, investorlar üçün əlverişli mühitin yaradılması istiqamətində görülən işlər, həmçinin müvafiq layihələr barədə məlumat verilib və BƏƏ-nin iş adamları ölkəmizdə enerji sahəsində iştiraka dəvət olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video