06 May 2019 18:31
410
DÜNYA
A- A+

Türkiyə Prezidenti: Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini gözləyirik



Biz NATO-dakı dostlarımızın müttəfiqlik ruhuna əməl etmələrini, təşkilatın prinsiplərinə uyğun davranmalarını gözləyirik. AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Ankarada keçirilən "NATO Şurası və NATO Aralıq dənizi Tərəfdaşlığı Dialoqu” konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Türkiyə Prezidenti bildirib ki, hazırda beynəlxalq təhlükəsizlik sistemində ciddi fəsadlar yaranıb və Şimali Atlantika Alyansı ölkələrini təhdid edən terror aktlarının sayı getdikcə artmaqdadır. Onun sözlərinə görə Ankara son səkkiz ildə Suriyadan gələn terror təhlükəsinin qarşısını almağa, qeyri-leqal miqrasiyanın ağır nəticələrini aradan qaldırmağa səy göstərir. Türkiyə İŞİD təhlükəsini neytrallaşdırmaq məqsədilə "Fərat qalxanı” adlı genişmiqyaslı hərbi əməliyyat keçirib və terrorçu qruplaşmanı darmadağın edən ilk NATO ölkəsi olub.

R.T.Ərdoğan əlavə edib ki, Qərb ölkələrində getdikcə artan islamofobiya təzahürləri də minlərlə insanın həyatı üçün təhlükə mənbəyinə çevrilib. O, NATO-ya üzv ölkələrin hökumətlərini ayrı-seçkilik və nifrət zəminində baş verən bütün zorakılıq hallarına qarşı mübarizədə səyləri birləşdirməyə çağırıb. Türkiyə Prezidenti, eyni zamanda, terrorçu qruplaşmaları dəstəkləyən ölkələrin hərəkətlərinin də müttəfiqlik anlayışına zidd olduğunu vurğulayıb. "NATO-dakı güclü mövqeyimizi qoruyub saxlamaqla bərabər, biz milli maraqlarımız da müdafiə edəcəyik”, -deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyənin dövlət başçısı Rusiyadan alınan S-400 raket kompleksləri ətrafında vəziyyətin gərginləşdirilməsi səylərini də düzgün hesab etmədiyini deyib. O, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ilə danışıqlar apardığını da diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video