06 May 2019 15:11
928
Təhsil
A- A+

Bakı Ali Neft Məktəbinin tələbələri ekoloji könüllülük ideyasına qoşulacaq


Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə görüşü keçirilib. Görüşdə ekologiya, ətraf mühitin qorunması, ekoloji könüllülük və tələbələrlə əməkdaşlıq məsələləri müzakirə olunub.

BANM-in rektoru Elmar Qasımov tələbələri və Nazirliyin əməkdaşlarını salamlayaraq deyib ki, ekologiya məsələləri davamlı formada diqqətdə saxlanılır, ekologiya sahəsində Ali Məktəbdə mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Rektor eyni zamanda dünyada gedən plastiklərlə mübarizə strategiyası haqqında bölüşərək bildirib ki, plastik məhsullar ekoloji balansın pozulmasına gətirib çıxarır, Həmçinin o, neft-qaz, kimya sahələrinin ətraf mühiti yetərincə çirkləndirdiyini də vurğulayaraq bildirib ki, təbiəti, ətraf mühiti qorumaq, ekoloji problemlərə həssaslıq özəlliklə gələcəyin mühəndislərinin diqqətində olmalıdır.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev nazirliyin ekologiya sahəsində gördüyü işlərdən danışıb. O bildirib ki, Nazirliyin gündəmində duran əsas məsələlərdən biri ekoloji könüllülük ideyasıdır və bununçün müxtəlif universitetlərin tələbələriylə görüşlər planlanıb. Onun sözlərinə görə, tələbələr gənc və aparıcı qüvvədir, bu ideyanın yayılmasında onların rolu danılmazdır.

Novruz Quliyev deyib ki, Nazirliyin həyata keçirəcəyi ekoloji könüllülük tədbirlərilə əlaqədar olaraq müxtəlif dövlət qoruqlarına, meşələrə turlar təşkil ediləcək, yaşıllıqların, ətraf mühitin tullantılardan təmizlənməsi sahəsində işlər görüləcək. O deyib ki, bütün bu tədbirlərdə bütün universitet tələbələrini, xüsusilə BANM tələbələrini aktiv görmək istəyir. Görüşün sonunda nazir müavini tələbəri əməkdaşlığa çağırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video